Mercury ERP

Ət mağazasında uçot

Ət mağazasında uçot

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

Siz buradasınız: İdarəetmə uçotu Pərakəndə ticarətdə uçot Ət mağazasında uçot

Ət mağazasında uçot

Təzə ət satışının aşağıdakı xüsusiyyətləri vardır:

  • Ət mağazaya yarımcəmdək şəklində çatdırılır. Mağazada ət müxtəlif növ parçalara (boyun, file, qabırğa) doğranılır. Yarımcəmdəkdən nə qədər boyun, nə qədər file alınacağını heç vaxt qabaqcadan nəzərdə tutmaq olmur, çünki onlar hər bir partiyada fərqli olur. Belə çıxır ki, TTK-hazırlamaq və onun köməyi ilə kəsimi nəzarətdə saxlamaq mümkün deyil. Deməli, kəsim proqramda əvvəlcədən deyil, artıq satış faktı üzrə aparılacaq.
  • Yanaşı olan iki ət parçası eyni növdə olsa belə, onların qiyməti fərqli ola bilər. Bir parçanın yağı çox olur, digəri sümüklü olur və s. Üstəlik, axşama yaxın ət quruya bilir, deməli, belə parçalar daha ucuz qiymətə satılmalıdır. Belə çıxır ki, satıcıya satış qiymətini kassada dəyişdirməyə imkan vermək lazımdır.

Gəlin bu xüsusiyyətləri nəzərə alan ət şöbəsində uçotun təşkili misalına nəzər salaq. Nümunə olaraq donuz əti satışını götürək.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot

Təftişin keçirilməsi Qismən təftiş Alkoqolun satış qaydaları

Ət mağazasında uçot Ərzaq mağazasının avtomatlaşdırılması.

Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Aşağıdakı çeşid mövqelərini yaradaq: “Donuz yarımcəmdəyi” (bu mal tədarükçülərdən gəlir, mədaxil edilir və qalıqlarda saxlanılır), “Donuz əti Boyun”, “Donuz əti Karbonat”, “Donuz əti Qabırğa”, “Donuz əti Bud”, “Donuz əti Döş” və “Donuz əti Bel” (Kassada biz bu mövqeləri satacağıq). Bütün mövqelər çəki mövqeləridir, ölçü vahidi kiloqramdır.

Diqqət edin, mən yarımcəmdəyin üzərindən “Qiymətdə” və “Kassada əl ilə daxil edilməsinə icazə verilmişdir” işarələrini götürmüşəm, çünki bu mövqeyi biz satmayıb mədaxil edəcəyik.

Həmçinin mən mallarda “Məxaric qiymətinin redaktə edilməsi” işarəsini qoymuşam.

İndi Qiymət cədvəlinə keçid etmək və ət çeşidimizə tövsiyə olunan məxaric qiymətlərini təyin etmək olar.

Diqqət edin, qiymət cədvəlində yarımcəmdək yoxdur, deməli, onu kassada satmaq mümkün olmayacaq.

Biz bud, döş və s. mövqelərin satışını, yarımcəmdəyin mədaxilini həyata keçirəcəyik.  Onu qalıqlardan silmək üçün anbar xüsusiyyətlərində “Avtoistehsal”ı qoşmaq və hər bir satış mövqeyi üçün TTX yaratmaq lazımdır.  Xammalın mala çevrilmə əmsalını birə-bir kimi götürəcəyik.

“Donuz əti Bel” məhsul, “Donuz yarımcəmdəyi” isə xammaldır. Bir kiloqram donuz yarımcəmdəyindən bir kiloqram bel əti istehsal edirik.

Belə TTX-ni hər bir mövqe üçün yaradaq.

Mağazamızın xüsusiyyətlərinin “Anbar. 1” əlavəsində “Avtoistehsal”ı qoşaq.

Əslində hazırlıq elə bundan ibarətdir.  Indi işə başlamaq olar. Qiyməti kassaya göndərməli və yarımcəmdəkləri mədaxil etməliyik.

200 kq yarımcəmdəyi anbara mədaxil edirik.

İndi qalıqlarda xammal var.

Ət mağazası üçün kassa modulunda iş

Qiymət cədvəlini kassalara göndərdikdən sonra ticarətə başlamaq olar.  Özünəxidmət kassasına daxil olun.

Mal siyahısını əldə etmək üçün F2-ni vuraq.

Lazım olan malı seçək. Daha sonra proqram mövqenin çəkisini soruşur. Tərəzi kassa kompüterinə qoşuludursa, çəki avtomatik olaraq hesablanır.

Bundan sonra proqram tövsiyə olunan qiyməti dəyişdirməyi təklif edəcək. Xatırladım ki, qiymət dəyişikliyi dialoqu yalnız mal kartında buna icazənin quraşdırıldığı mövqelər üçün görünür. Hər iki qiymət (tövsiyə olunan və real) çekdə saxlanacaq. Odur ki, gələcəkdə satıcıların etdiyi bütün endirimləri (və qiymət artımlarını) görmək mümkün olacaq.

Daha bir malı vuraq və onun qiymətini dəyişək.

Daha sonra qəbzi bağlamaq olar.

Kassadan qəbzlərin köçürülməsi və yarımcəmdəklərin qalıqdan silinməsi

Qəbzləri kassalardan köçürək və onları xərclərə keçirək. Qalıqlarda karbonat və qabırğa olmadığından, Mercury avtomatik olaraq iki istehsal aktı yaratdı. Onlarda satılmış mallar yarımcəmdəklərdən istehsal edilmişdi.

Anbardakı qalıqlar indi aşağıdakı kimidir:

Xatırladım ki, əvvəl 200 kq yarımcəmdək vardı. 129 kq və 625 qram karbonat qaldı.

Ət mağazasında yuxarıda göstərilən uçot sxemi çox mürəkkəb görünə bilər, amma bu belə deyil. Bütün çeşid kartoçkalarını və TTX-nı bir dəfə yaratmaq kifayətdir ki, bununla da mağazaya nəzarət etmək üçün çox güclü bir alət əldə etmiş olacaqsınız. Mağaza əməkdaşları tərəfindən fırıldaqçılıq ehtimalını azaldacaq, gəlir və qazancı artıracaqsınız.

Bundan sonra oxu:

Təftişin keçirilməsi

Qismən təftiş

Alkoqol satışı qaydaları

Ət mağazasında uçot

Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı

Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət. Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi. VDAMS-da qalıqlar

Mercury ERP. Ticarətin avtomatlaşdırılması