Universal anbar proqramı olan Mercury-ERP istənilən ölçüdə anbarların hesabatını aparmağa imkan verir. Bu anbar proqramının üstünlüyü alətlər siyahısının genişliyindədir. Belə ki, Mercury-ERP vasitəsi ilə istənilən sayda və istənilən ölçüdə anbarların hesabatını aparmaq və malların giriş-çıxışını izləmək olur. Bununla da hər bir məhsul partiyasına ciddi nəzarət imkanı yaranır. Mercury-ERP vasitəsi ilə istənilən dövr ərzində anbarda olmuş mal qalığını görmək, habelə onların cari vəziyyətinə baxmaq imkanı vardır.
Üstünlüklər
Həmçinin Mercury-ERP vasitəsi ilə anbara nəzarətin aşağıdakı üstünlükləri var:
• Programda bir neçə anbarın yaradıla bilməsi
• Anbarda malın ünvanlı qeydiyyatı
• Anbarda ehtiyyatların idarə edilməsi
• Kəsirlərin və artıqların nəzarətdə saxlanılması imkanı
• Malın anbardan satıla bilməsi
• Malların anbarlar arası sərbəst yer dəyişməsi imkanı