Mercury ERP proqramında
ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI
Siz buradasınız: İdarəetmə uçotu İctimai iaşədə uçot Yemək modifikatorları
Yemək modifikatorları
- ERP-də yemək modifikatorlarının tənzimlənməsi
- Yeməyin sifarişə əlavə edilməsi zamanı modifikatorların seçilməsi
- Modifikatorlu sifarişin redaktə edilməsi Yaddaşda saxla və bağla
- ERP-də modifikatorların qalıqlardan silinməsi
- ERP-DƏ YEMƏK MODİFİKATORLARININ TƏNZİMLƏNMƏSİ
Yemək modifikatoru yeməyə əlavə olunan maldır. Modifikatorun öz qiyməti var və o, öz TTX-nə malik ola bilər.
Yeməyə modifikator yaratmaq üçün, əvvəlcə Çeşiddə adi mal yaradırıq. Adını, ölçü vahidini daxil edirik, “Qiymətdə” işarəsini qoyuruq və mütləq “Modifikator” işarəsini aktiv edirik (bax. şək. 1).
Mündəricat
Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot
İctimai iaşədə texniki-texnoloji xəritə
Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi
Maliyyənin idarə edilməsi İstehsalatda uçot
Şək. 1. Yemək modifikatoru üçün mal kartoçkasının doldurulması misalı
Modifikator mal olduğuna görə onun qiymət vərəqində təyin edilmiş qiyməti, habelə TTX-si (tələb olunarsa) olmalıdır.
Yemək modifikatorlarının tərkibinin tənzimlənməsi mal kartoçkasında yerinə yetirilir. Baza yeməyini redaktə üçün açırıq (bax. şək. 2):
Şək. 2 Yemək modifikatorlarının tərkibi
Modifikatorlar əlfəcinində “Modifikator əlavə et” və “Modifikatoru sil” düymələrinin vasitəsilə bütün zəruri modifikatorları siyahıya daxil edirik.
Yeməyin bir neçə modifikatoru ola bilər, onların hamısı qarşılıqlı tamamlanan olur.
Eyni modifikatoru bir neçə yeməyə qoşmaq olar. Məsələn, limon dilimi qara çaya, yaşıl çaya və s. əlavə edilə bilər.
- YEMƏYİN SİFARİŞƏ ƏLAVƏ EDİLMƏSİ ZAMANI MODİFİKARIN SEÇİLMƏSİ
Yeməyin sifarişə əlavə edilməsi zamanı yeməyin modifikatorları varsa, proqram yeməyə əlavə seçməyi təklif edəcək (bax. şək. 3):
Şək. 3. Yeməyə əlavənin seçilməsi
Lazım olan modifikatorları işarələyirik və OK vururuq. Modifikatorların əlavə edilməsi tələb olunmursa, sadəcə OK düyməsinə vururuq. Bu cür olan halda, yemək sifarişə əlavəsiz düşür.
Mövqe sifarişə əlavə edildi:
- MODİFİKATORLU SİFARİŞLƏRİN REDAKTƏ EDİLMƏSİ
Yeməyin redaktə edilməsi zamanı yemək öz modifikatoru ilə birlikdə bir bütöv təşkil edir – yəni, ayrılıqda yalnız modifikatoru silmək və ya əlavə etmək, yaxud yeməkdən asılı olmayaraq, hər hansı bir modifikatorun miqdarını dəyişmək olmaz.
Bütün əməliyyatlar bilavasitə əsas yeməklə yerinə yetirilir:
- Baza yeməyi silindiyi zaman onun modifikatorları da silinir
- Baza yeməyinin miqdarı azaldıldığı və ya çoxaldıldığı zaman onun modifikatorlarının miqdarı proporsional şəkildə dəyişir.
Qəbzin çap edilməsi zamanı modifikatorlar aşağıdakı şəkildə çıxarılır:
Mətbəxə sifarişdə modifikatorlar əsas yeməkdən sonra boşluq buraxmaqla göstərilir.
- ERP-DƏ MODİFİKATORLARIN SİLİNMƏSİ
Modifikator mal olduğuna görə, o, qəbzdə istənilən digər mövqeyə analoji olaraq, həmin modifikatorun TTX-si ilə silinəcək. Məsələn “Limon dilimi” üçün aşağıdakı TTX var:
Müvafiq olaraq, qəbz məxaricinə köçürmə zamanı qalıqlarda lazım olan miqdar olmasa, limon diliminin, “Limon” xammalından TTX-ə əsasən avtoistehsalı həyata keçiriləcək.
Qəbz
Qəbz üzrə xərc
Limon dilimi üzrə istehsal aktı
İctimai iaşədə texniki-texnoloji xəritə
Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi
Başlıqlar
- İdarəetmə uçotu
- Anbar uçotu
- Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma
- Pərakəndə ticarətdə uçot
- İctimai iaşədə uçot
- Maliyyənin idarə edilməsi
- Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması Büdcəni necə tərtib etmək lazımdır? MMM - Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi Büdcənin icrasına nəzarət Ümumi multivalyutalılıq anlayışı
- İstehsalatda uçot
- Sexlər və sahələr Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı Məhsulun maya dəyərinin hesablanması. Bölünmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability. Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı Tikiş istehsalında uçot.