Mercury ERP proqramında
ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI
Siz buradasınız: İdarəetmə uçotu İstehsalatda uçot
İstehsalatda uçot
İstehsalda uçot idarəetmə uçotunda ən mürəkkəb bölmələrdən biridir. Təsadüf deyil ki, bir çox istehsalda istehsalın planlaşdırılması ilə məşğul olan bütöv əməkdaş şöbələri var.
İstehsal müəssisələrində planlaşdırmanın iki istiqaməti mövcuddur: xammal və resurs istiqaməti. Xammal planlaşdırmasına aşağıdakı proseslər aiddir:
- Hansı və hansı həcmdə məhsulun istehsal ediləcəyini müəyyən etmək – istehsal planı.
- Məhsulun hazırlanması üzrə bütün aralıq mərhələləri müəyyən etmək, hər bir yarımfabrikat və sahə üçün istehsal tapşırıqlarını yaratmaq.
- İstehsal üçün hansı həcmdə və hansı xammalın lazım olacağını müəyyən etmək.
- Müəyyən material və yarımfabrikat ehtiyatlarını yaradaraq, avadanlığın mümkün sıradan çıxmasından sığortalanmaq.
Resurs planlaşdırmasına həmçinin, avadanlığın yüklənməsinin hesablanması, təmir və boş dayanma qrafiki, əməkdaşların iş vaxtının uçotu daxildir. O, istehsal əməliyyatlarının plan-qrafikini əldə etmək imkanı verir.
İstehsal sahələrinin çoxunu iki əsas növdən birinə aid etmək olar: sifariş üzrə və fasiləsiz.
Sifariş üzrə istehsala aşağıdakılar aiddir: avtomobil, qida məhsulları, məişət texnikası istehsalı. Yəni, buraxılış həcmi ədədlə və ya kiloqramla ölçülə bilən istehsal sahələri. Bir qayda olaraq, bu cür müəssisələr üçün əvvəlcədən məmulatların buraxılışı üzrə dəqiq plan tərtib etmək və məhz lazım olan sayda məhsul istehsal etmək olar. İstehsal dövrü diskretdir, tədarüklər yerini sexlər arasında müəyyən partiyalarla dəyişir.
Fasiləsiz istehsala kimyəvi istehsalın böyük bir hissəsi, elektroenergetika, neft və qaz hasilatı aiddir. Bu cür müəssisələrdə çox sərt istehsal dövrü olur. Bir çox halda, əvvəlcədən məhsul ehtiyatını yaradaraq, sahələrdən birini dayandırmaq mümkün olmur. Xammal axınları yerini boru kəmərləri və ya simlərlə dəyişir və kubmetr/saat-la və kilovatt/saat-la ölçülür.
Kiçik və orta biznesdə daha çox sifariş üzrə istehsal yayıldığına görə, bundan sonra biz məhz onu öyrənəcəyik. Misal olaraq, sadələşdirilmiş (həddindən çox sadələşdirilmiş) avtomobil istehsalından istifadə edək.
Həmçinin bu fəsildə istehsal planının yaradılmasından əlavə Mercury ERP-yə onun icra edilməsi üzrə məlumatların daxil edilməsi prosesini nəzərdən keçirəcəyik.
Fəsildə texniki-texnoloji xəritələr, istehsal aktları, istehsal üzrə sifariş və sahə üzrə sifariş kimi anlayışlara toxunacağıq. Bundan əlavə, Mercury-in müxtəlif növ istehsallarda tətbiq edilməsi üzrə bir neçə real misal çəkiləcək.
Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr
Məhsulun maya dəyərinin hesablanması
Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.
Mündəricat
Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot
Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr
Məhsulun maya dəyərinin hesablanması
Başlıqlar
- İdarəetmə uçotu
- Anbar uçotu
- Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma
- Pərakəndə ticarətdə uçot
- İctimai iaşədə uçot
- Maliyyənin idarə edilməsi
- Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması Büdcəni necə tərtib etmək lazımdır? MMM - Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi Büdcənin icrasına nəzarət Ümumi multivalyutalılıq anlayışı
- İstehsalatda uçot
- Sexlər və sahələr Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı Məhsulun maya dəyərinin hesablanması. Bölünmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability. Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı Tikiş istehsalında uçot.