Mercury ERP

Bölünmə zamanı maya dəyəri

Bölünmə zamanı maya dəyəri

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ       MƏZMUN           MÜƏLLİF HAQQINDA      MERCURY ERP PROQRAMI

 

 

 

 

Siz buradasınız: İdarəetmə uçotu      İstehsalatda uçot             Bölünmə zamanı maya dəyəri

Bölünmə zamanı maya dəyəri

Gəlin misal olaraq ətin bölünməsi sexini nəzərdən keçirək. Xammal olaraq bu sexə donuz və mal yarımcəmdəkləri daxil olur. Hazır məhsul yarımcəmdəklərin bölünməsi nəticəsində alınan məhsullardır: boyun, bud, qabırğa və s. Unutmamalıyıq ki, bölünmə nəticəsində artıqlar da əmələ gəlir, məsələn sümüklər.

Tutaq ki, donuz əti yarımcəmdək şəklində seximizə 200 rubl/kq qiymətinə tədarük edilir. Biz bölünmə sxemini də əhəmiyyətli dərəcədə sadələşdirəcəyik. Tutaq ki, donuz yarımcəmdəyinin bölünməsi nəticəsində biz 30% boyun, 50% bud və 20% sümük əldə etdik. Belə bir sual ortaya çıxır: boynun və yarımcəmdəyin digər komponentlərinin maya dəyəri nə qədər təşkil edir?

İnternetdəki kitablarda biz bir neçə hesablama variantına rast gəlmişik. Məsələn, bəziləri TTX-də xüsusi əmsallar təyin etməyi təklif edirlər. Yarımcəmdəyin bu və ya digər hissəsinə maya dəyərinin hansı hissəsi düşəcək. Bəziləri bu əmsalları, həmin komponentlərin orta bazar qiymətindən çıxış edərək, avtomatik hesablamağı təklif edirlər. Hər iki üsul yarımcəmdək tam kəsilmədiyi halda işə yarayır. Lakin bir çox halda, yarımcəmdəkdən sadəcə məhz indi lazım olan tikəni kəsirlər, qalan hissəni isə “lazım olana qədər” asqıda saxlayırlar. Belə çıxır ki, bölünmə aktları TTX ilə heç üst-üstə düşmür. Maya dəyərinin səhv müəyyənləşdirilməsi də buradan qaynaqlanır.

Ümumiyyətlə, kim deyib ki, boynun, budun, hətta sümüyün maya dəyəri budun maya dəyərindən yüksək olmalıdır? Niyə iqtisadçıların hamısı bu və ya digər üsulla onu müxtəlif sintetik metodlarla fərqli etməyə çalışırlar? Əlbəttə ki, ilk baxışdan elə gəlir ki, donuz boynu mağazada 300 rubl/kq, bud isə 70 rubl/kq qiymətinə satılırsa, onların istehsalının maya dəyəri də müxtəlif olmalıdır. Lakin gəlin maya dəyərinin nə olduğunu xatırlayaq. Maya dəyəri məhsulun bir ədədinə çəkilən xərcdir. Xərclərimiz isə yarımcəmdəyin bir kiloqramına görə 200 rubl təşkil edir (misalımızı sadələşdirmək üçün, ət kəsənlərin əmək haqqını nəzərə almayaq)!

Buradan biz belə bir nəticəyə gəlirik ki, həm boynun, həm budun, həm sümüklərin, həm piyin – bütün bunların hamısının maya dəyəri 200 rubl/kq təşkil edir.

Diqqət edin, kəsimimizin satışından gələn gəlir necə də asanlıqla hesablanır. Boynu 350 rubldan sataraq, biz 150 rubl gəlir əldə edirik. Ancaq budu 100 rubldan, piyi 50 rubldan sataraq biz hər kiloqramdan 150 rubl itki əldə edirik. Bütün bu rəqəmləri toplayaraq, siz asanlıqla yarımcəmdəyin hissələrə kəsilməsindən gələn gəliri əldə edəcəksiniz.

Piyi ziyana sata bilməyəcəyinizlə bağlı tənqidlərlə hücum çəkməyə tələsməyin! İqtisadiyyat üzrə dərs vəsaitinin bir az da dərinə dalsaq, aydın olacaq ki, xammalın maya dəyəri xammalın alternativ istifadəsinin dəyəridir. Piyin 50 rubldan satılmasının alternativi nədir? Siz onu satmadığınız, anbarda saxladığınız halda, siz bu 50 rublu da itirəcək və ümumiyyətcə heç nə qazanmayacaqsınız. Bu isə o deməkdir ki, onu satmaq olar.

Maya dəyərinin satış qiymətinə proporsional olaraq hesablanması

Mercury ERP-nin son versiyalarında məhsulun maya dəyərinin malın məxaric qiymətinə proporsional olaraq hesablanması mexanizmi tətbiq edilib. Bu sxem daha ətraflı aşağıdakı videoçarxda təsvir edilib:

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı.

Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.

İstehsal aktı

Tikiş istehsalında uçot.

Birazdan bax         Paylaş

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı. Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı

Tikiş istehsalında uçot.

Mercury ERP. Ticarətin avtomatlaşdırılması