Mercury ERP

Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası

Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ                                  MƏZMUN            MÜƏLLİF HAQQINDA   MERCURY ERP PROQRAMI

 

 

 

Siz buradasınız: İdarəetmə uçotu       Maliyyənin idarə edilməsi     Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası

Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası

Zənnimcə, hamı artıq təxmin etdi ki, büdcənin hazırlanmasının mahiyyəti xərclərin və gəlirlərin təsnifatıdır. Əvvəlki maddədə biz onların yaranma mənbəyinə görə təsnifatını nəzərdə keçirdik (MMM). İndi isə gəlin onların təyinatına keçək.

Büdcə maddəsi xərcin təyinatı və ya gəlirin səbəbidir. Bu büdcə maddəsinin fikirləşə bildiyimiz ən sadə tərifidir. Bu isə o deməkdir ki, büdcə maddələrinin sorğu kitabçasının tərtib edilməsi zamanı öz-özünə “Pullarım hara gedəcək?” və “Pullarım haradan gələcək” suallarına cavab vermək kifayət edir. “Kommunal ödənişlər”, “icarə”,

“əmək haqqı”, “vergilər” – bütün bunlar məxaric maddələridir. “Hasilat”, “subicarə”, “retro bonuslar” – mədaxil maddələridir. Burada diqqətli olmaq və büdcə maddəsini MMM ilə səhv salmamaq lazımdır. Unutmayın, MMM “Pulları kim xərclədi?” sualına, maddə isə “Pullar nəyə xərcləndi?” sualına cavab verir.

Büdcə maddələrinin köməyi ilə hər bir MMM-in və ümumilikdə şirkətin gəlir/ xərc strukturu planlaşdırılır və əks olunur.

Mercury ERP-də maddələrin sorğu kitabçası “Sorğu kitabçaları” “Büdcə” “Büdcə maddəsi” menyusunda yerləşir və aşağıdakı görünüşə malik olur:

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot

Maliyyənin idarə edilməsi

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri.

Tədarükçü və alıcılarla hesablaşmaların uçotu

İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM – Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri.

Büdcə maddələrinin sorğu kitabçası

Büdcənin tərtib edilməsi Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu

İstehsalatda uçot

Sorğu kitabçası iyerarxikdir. Bu o deməkdir ki, maddələrin bəziləri (aqreqasiya edici maddələr) bir neçə digər maddələrə bölünə bilər (dəqiqləşdirici maddələr). MMM sorğu kitabçasından fərqli olaraq, aqreqasiya edici maddə sərbəst qiymətlərə malik ola bilər. Məsələn, bir büdcədə siz “2.4 Kommunal ödənişlər” maddəsi üzrə xərcləri planlaşdıra bilərsiniz. Bu cür olan halda, həmin maddə üzrə xərci biz əllə daxil edə bilərik. Digər büdcədə biz ayrıca “2.4.1 Elektrik enerjisi” və “2.4.2 Su təchizatı” maddələrini daxil edirik. Bu zaman oradakı aqreqasiya edici “2.4 Kommunal ödənişlər” maddəsi avtomatik hesablanacaq və əllə onu dəyişdirmək mümkün olmayacaq.

Hər maddənin öz əlaməti var: “mədaxil” və ya “məxaric”. Bu zaman aqreqasiya edici maddənin əlaməti

“mədaxildirsə”, bütün dəqiqləşdirici maddələr də mədaxil maddələridir.

“Trendin hesablanması” əlamətini, yəni büdcənin icrasının proqnozlaşdırılmasını daha ətraflı nəzərdən keçirmək lazımdır. Ödənişləri cəmi ayda bir neçə dəfə həyata keçirilən maddələr olur (avans/ əmək haqqı). Həmçinin, müqayisədə, ay ərzində bərabər pul axını bölüşdürməsi olan maddələr olur (mağazada hasilat). Bu cür “bərabər” maddələr üçün “Trendin hesablanması” əlamətini təyin etmək lazımdır. Bu zaman Mercury özü ay ərzində dövrün sonuna qədər planın neçə faiz yerinə yetiriləcəyini proqnozlaşdıra biləcək.

Maddələrin strukturunu təyin etdikdən sonra, “MMM büdcəsi”nin yaradılmasına və doldurulmasına keçmək olar.

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu

İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM – Maliyyə məsuliyyəti mərkəzi

Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi

Büdcənin yerinə yetirilməsinə nəzarət

Multivalyuta uçotu

Mercury ERP. Ticarətin avtomatlaşdırılması