Mercury ERP

Büdcənin icrasına nəzarət

Büdcənin icrasına nəzarət

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu Maliyyənin idarə edilməsi Büdcənin icrasına nəzarət

Büdcənin icrasına nəzarət

Təşkilatda yüz faiz icra oluna biləcək büdcəni tərtib etmək həmişə mümkün olmur. Həmişə gözlənilməz hadisələr baş verəcək, Mörfi qanunlarını heç kim ləğv etməyib. Ya yaxınlarda rəqib mağazası açılacaq və satış planının icra olunması təhlükə altına düşəcək, ya da istehsal sexində qəza baş verəcək və təmir xərcləri normadan kənara çıxacaq.

İstənilən halda, büdcənin icrasına nəzarət etmək zəruridir. Bu olmadan büdcənin hazırlanması prosesi mənasını itirir, maliyyənin idarə edilməsi isə müəssisədə cari vəziyyət haqqında məlumat barədə əsas mənbəyini itirir.

Təsəvvür edin ki, siz Kolumbsunuz və Hindistan sahillərinə üzürsünüz. XV əsrdə GPS-ə mamontlardan daha az rast gəlinirdi və siz olduğunuz yeri yalnız ulduzların vasitəsilə təyin edə bilərdiniz. Hər gecə siz sekstant vasitəsilə qütb ulduzunun hündürlüyünü ölçürdünüz və kənarlaşma olduğu zaman gəminin istiqamətini korrektə edirdiniz.

Əlbəttə ki, Kolumb Hindistana gedib çıxmadı, lakin kapitan olaraq, tamamilə düzgün davranırdı: kənarlaşmaları müəyyən edir və gələcək üçün korrektivlər daxil edirdi. Gəminin istiqamətinə nəzarət etmədən o hara gedib çıxardı?

Maliyyənin idarə edilməsində də vəziyyət eynidir. Yaxşı kapitan olmaq üçün cari vəziyyətin plandan kənarlaşmasını təyin etmək və gələcək üçün düzəlişlər etmək lazımdır.

Gəlin lirik haşiyəni bitirək və büdcələrimizə qayıdaq. Yadınızdadırsa, onların iki əsas növü olur. GXB və PVHB.

GXB üzrə plan siz malı yüklədiyiniz (və ya məxaric maddələri üçün qəbul etdiyiniz) anda yerinə yetirilmiş hesab edilir. Bu isə o deməkdir ki, onun icrasına nəzarəti anbar sənədləri – mədaxil və məxaric qaimələri üzrə həyata keçirmək lazımdır.

PVHB pul haqqındadır. PVHB üzrə plan, siz yüklənmiş mala görə pulları aldıqda yerinə yetirilmiş hesab edilir. Yaxud, məxaric maddələri üçün onlar üzrə ödəniş etdiyinizdə. PVHB büdcəsinin icrasına nəzarət üçün proqramda ödəniş sənədləri istifadə edilir.

Bundan sonra biz PVHB büdcəsi üçün misalları daha çox yayılmış büdcə misalları kimi nəzərdə keçirəcəyik, lakin mahiyyət GXB-də olduğu kimi qalır.

Gəlin, IT şöbəsinin əmək haqqısı üçün pul vəsaitlərinin məxaricini yaradaq.

Mercury-də hər bir ödəniş sənədinin başlığında iki sahə var. “MMM” və “Büdcə maddəsi”. Şirkətdə büdcənin hazırlanması aparılırsa, ödəniş yaratmış əməkdaş mütləq onları doldurmalıdır.  Doldurulmamış büdcə rekvizitli ödənişlərin qalmasına yol vermək olmaz.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu

İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM – Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri.

Büdcə maddələrinin sorğu kitabçası

Büdcənin tərtib edilməsi Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu

İstehsalatda uçot

Diqqət edin, MMM seçdikdən sonra, yalnız seçilmiş şöbənin büdcəsində mövcud olan maddələr qalır. Bu, mühasibatlığın işini əhəmiyyətli dərəcədə sadələşdirir. Büdcə maddəsinin seçilməsində şübhələr olduğu halda, büdcə sorğuları jurnalına və ya birbaşa şöbənin rəhbərinə müraciət etmək olar.

Görünən sahələrin siyahısı vasitəsilə ödənişlərə təyin edilmiş maddələri və MMM-i birbaşa ödəniş sənədləri jurnalında çıxarmaq olar:

Biz IT şöbəsinin büdcəsini açsaq və orada “Faktı topla” düyməsinə bassaq, MMM büdcəsinin icrasını nəzərdən keçirə biləcəyik.

Eyni məlumatı konsolidasiya edilmiş büdcədə də görmək olar. Təbii ki, bunu, MMM büdcələri üzrə detallaşdırmanı açıqlamaq imkanı ilə etmək olar:

Büdcənin icrası məbləğindən başqa, konsolidasiya edilmiş büdcə həmçinin maddə üzrə icra faizini göstərəcək və bu cür imkanın nəzərdə tutulduğu maddələr üçün trendi hesablayacaq.

Büdcənin icrası üzrə toplanmış məlumatları asanlıqla çap etmək olar:

Büdcənin içində maddənin üzərində siçanın sağ düyməsini vursaq, kontekst menyusunda büdcə maddəsinin “Zaman analizi” mümkün olacaq.

Onun köməyi ilə, vaxt ərzində maddə üzrə planlaşdırılmış və faktiki məbləğlərin dəyişməsini izləmək olar. Bu funksional həm bir şöbə üzrə, həm də ümumilikdə şirkət üzrə mümkündür.

Bu qədər. Gördüyünüz kimi, büdcənin hazırlanması maliyyənin idarə edilməsi üzrə çox güclü və elastik alətdir. İstənilən halda, Mercury-də o, kifayət qədər sadə reallaşdırılıb və asanlıqla kiçik və orta biznesdə tətbiq edilə bilər. Əsası işə sistemli yanaşmaqdır.

Uğurlu tətbiqlər!

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri.

Tədarükçü və alıcılarla hesablaşmaların uçotu

İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM Maliyyə məsuliyyəti mərkəzi

Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi

Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu

Mercury ERP. Ticarətin avtomatlaşdırılması