Mercury ERP

İctimai iaşədə texniki-texnoloji xəritə

İctimai iaşədə texniki-texnoloji xəritə

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ     MƏZMUN     MÜƏLLİF HAQQINDA     MERCURY ERP PROQRAMI

 

 

 

Siz buradasınız: İdarəetmə uçotu İctimai iaşədə uçot İctimai iaşədə texniki-texnoloji xəritə

İctimai iaşədə texniki-texnoloji xəritə

Texniki-texnoloji xəritə (TTX) – yeməklərin hazırlanma reseptlərini əks etdirən sənəddir. TTX-da komponentlərdən və onların miqdarından başqa istehsal üçün bir çox digər faydalı məlumatlar əks olunur. Məsələn: xammalın keyfiyyətinə olan tələblər, istehsalın texnoloji prosesinin təsviri, malın tərtibatına, təqdim edilməsinə, saxlanmasına və realizasiyasına olan tələblər, yeməklərin qida tərkibi və enerji dəyəri. İdarəetmə uçotunda bizi ilk öncə tərkib maraqlandırır. Yəni, yeməyin hazırlanması üçün hansı xammaldan nə qədər alınmalıdır.

Yeməklərin tərkibi proqrama “TTX” sorğu kitabçası vasitəsilə daxil edilir. O, menyunun “İstehsal” bölməsində yerləşir və aşağıdakı kimidir:

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot

İctimai iaşədə texniki-texnoloji xəritə

Xammalın əvəz edilməsi

Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi

Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Formanın sol tərəfində biz TTX qrup ağacını görürük. Uçotun rahatlığı üçün öz texniki-texnoloji xəritələrinizi yeməklərin hazırlanma növünə görə qruplara bölməyi məsləhət görürük. Məsələn, “İsti yeməklər”, “Soyuq qəlyanaltılar” və s.

Formanın sağ tərəfində müvafiq qrupdan olan TTX-ların özləri əks olunur. Yeni xəritənin yaradılmasına keçək.

İlk öncə “Ərzaq” xanasını doldurmaq və TTX növünü qeyd etmək lazımdır. Yığma TTX yeməyin bir neçə komponentdən hazırlanması üçün istifadə edilir. Sökülən TTX ərzağın komponentlərə ayrılması üçün istifadə edilir. Adətən ictimai iaşədə yığma TTX istifadə edilir.

“Əsas” bölməsinə keçək

Bu bölmədə “Anbar qrupunu” və “Minimum normasını” qeyd etmək zəruridir. Anbarın qrupu olaraq “Bütün anbarlar” qeyd edin. Minimum norması yeməklərin bir dəfəyə hazırlanan minimal sayıdır. Siz bir boşqab borş bişirməyəcəksiniz ki? Siz 20 nəfərlik bir qazan borş bişirirsiniz.

Daha sonra “Ərzaqlar və xammal” bölməsində məhsulun hazırlanması üçün istifadə edilən bütün komponentləri, həmçinin, silinmə normalarını və emal zamanı itki faizini əlavə etmək zəruridir. Silinmə normaları hazırlanan məhsulun bütün həcmi üzrə göstərilir. Bizim halda – 20 nəfərlik.

“Əməliyyat” sətrinə diqqət yetirin. Siz Müvafiq sorğu kitabçasından istifadə edərək mümkün əməliyyatların və itkilərin siyahısını yarada bilərsiniz.

Siz “Təsvir” bölməsində məhsulun hazırlanma prosesini təsvir edə bilərsiniz. Texniki-texnoloji xəritə hazırdır, onu tətbiq etməyi və yaddaşda saxlamağı unutmayın.

Vacib qeyd: Mercury ERP proqramında hər yemək üçün yalnız bir tətbiq edilmiş TTX yaratmaq mümkündür.

Bütün yeməklər üçün texniki-texnoloji xəritə yaratdıqdan sonra əvəzedici və arxetip mallar mövzusuna nəzər salaq.

Bundan sonra oxu:

İctimai iaşədə texniki-texnoloji xəritə Xammalın əvəz edilməsi

Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi

Mercury ERP. Ticarətin avtomatlaşdırılması