Mercury ERP

İstehsal planı

İstehsal planı

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ         MƏZMUN          MÜƏLLİF HAQQINDA        MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu İstehsalda uçot İstehsal planı

İstehsal planı

İstehsal planı Mercury ERP-də istehsal olunması zəruri olan malın nomenklaturasının olduğu bir sənəddir. Nomenklaturadan başqa, bu sənəddə “Plan üzrə yükləmə tarixi” və hazır məhsulun yüklənəcəyi anbar göstərilir.

İstehsal planını həm əllə, İstehsal planları jurnalından, həm də avtomatik şəkildə, alıcıların sorğuları üzrə yaratmaq olar.

İstehsal planına mövqelər əlavə edildikdən sonra onlara avtomatik olaraq, təsdiq olunmuşlar siyahısından TTX bağlanacaq.

Mercury-in maraqlı xüsusiyyəti konkret istehsal planı üçün TTX-nin redaktə edilə bilməsi imkanıdır. Tutaq ki, biz 50 müxtəlif çalarlı avtomobil buraxırıq. Və yığma TTX-də müvafiq boya göstərilməlidir. Bu cür olan halda, siz istifadə olunan boyanı, məhsulun əsas TTX-sini dəyişdirmədən, birbaşa istehsal planında seçə bilərsiniz.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı.

Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.

İstehsal aktı Tikiş istehsalında uçot.

Həmçinin texniki-texnoloji xəritənin “Anbara xammalın sifarişi” sahəsi barədə ətraflı danışmaq lazımdır. O, proqrama zəruri komponent istehsal sexində çatışmadığı zamanı onu hansı anbarda axtarılacağını göstərir. Bu cür olan halda, Mercury avtomatik olaraq “Daxili yerdəyişmə” sənədini yaradacaq.

İstehsal planında “Maya dəyəri” düyməsinə vurduqda Mercury ERP plana daxil olan hər bir məhsulun maya dəyərini, komponentlərin son mədaxil qiymətindən irəli gələrək, hesablayacaq. Diqqət edin, yekun maya dəyəri hesablanmış maya dəyərindən fərqlənə bilər. Səbəb ondadır ki, anbarda daha əvvəl tədarük olunmuş fərqli mədaxil qiyməti olan xammal mövcud ola bilər. İstehsal zamanı, ilk növbədə, daha əvvəl gəlmiş xammal silinir (FIFO).

Həmçinin istehsal planında dərhal məxaric qiymətlərini təyin etmək olar.

İstehsal planı yaradıldıqdan sonra “Planı hesabla” düyməsinə vurmaq zəruridir. Mercury hesablamanı həyata keçirəcək və bütün iştirakçılar üçün istehsal tapşırıqları yaradacaq.

“Xammala olan tələbat” əlavəsində zəruri xammal həcmini, habelə, onun sexlərdə mövcud olub-olmadığını qiymətləndirmək olar. Xammal çatışmazlığı halında, sifarişi birbaşa istehsal planı formasından etmək olar.

Kontekst menyusundan “Anbarın birləşmiş vəziyyətindən” istifadə edərək, başqa anbarlardakı xammal ehtiyatlarını qiymətləndirmək olar.

“İstehsala göndər” düyməsinə vurduğunuzda yaradılmış bütün sifarişlər “Yerinə yetirilir” statusu əldə edəcək və müvafiq tapşırıqlar istehsal əməliyyatları steklərində yaranacaq.

İstehsal planının yerinə yetirilməsini birbaşa jurnaldan izləmək olar. «yerinə yetirilmə %» sahəsində istehsal planlarının yerinə yetirilməsi proqresi əks olunacaq və bu zaman hazır məhsulun dəyəri nəzərə alınacaq.

Son olaraq, demək olar ki, “İstehsal planı” sənədi çoxişləməli (çoxsexli) istehsalda planlaşdırma və uçot üçün kifayət qədər güclü bir alətdir. Növbəti fəsillərdə biz proqramda planın yerinə yetirilməsinin necə əks olunacağını və bu zaman hansı sənədlərin yaradıldığını nəzərdən keçirəcəyik.

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı. Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı

Tikiş istehsalında uçot.

Mercury ERP. Ticarətin avtomatlaşdırılması