Mercury ERP

İstehsalatda texniki-texnoloji xəritələr

İstehsalatda texniki-texnoloji xəritələr

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ     MƏZMUN         MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu İstehsalda uçot İstehsalda texniki-texnoloji xəritələr

İstehsalatda texniki-texnoloji xəritələr

Texniki-texnoloji xəritə məhsulun əldə edilməsi üçün xammalın nə edilməsinin qeyd edildiyi sənəddir. İstehsal üçün hansı komponentlərin hansı miqdarda tələb olunacağı barədə bir sənəddir.

Şəxsi TTX xammalın və yarımfabrikatların hər bir emal mərhələsi üçün yaradılmalı və konkret istehsal mərhələsində texnoloji prosesi təsvir etməlidir.

Gəlin, hər şeyi bir-bir nəzərdən keçirək və “Avtomobil qanadı” yarımfabrikatının hazırlanması üçün birinci TTX-ni tərtib edək.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı.

Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.

İstehsal aktı Tikiş istehsalında uçot.

“Əsas” əlavəsində biz TTX-nin hansı məhsul üçün yarandığını göstəririk, məhsulun istehsal edildiyi sahəni və sexi, habelə, norma-minimumu göstəririk. Norma-minimum bir istehsal dövrü ərzində hazırlana biləcək minimal partiyadır. Tutaq ki, avtomobil qanadlarının ştamplandığı presforma bir dəfəyə iki qanad üçün hesablanıb. Sol və sağ. Buna görə, gəlin norma-minimumu iki olaraq göstərək.

Növbəti “Məhsul və xammal” əlavəsində biz istehsal üçün istifadə olunacaq bütün xammalı və yarımfabrikatları daxil etməliyik. Həmçinin, onların miqdarını.

Diqqət edin, xammalın silinmə norması komponentin hazır məhsulun norma-minimumuna sərf edilməsi hesabı ilə göstərilir. Bizim misalımızda iki ədəd avtomobil qanadının istehsalına 8 kq polad silinəcək. Onların 15% kəsilməyə gedəcək.

Gəlin bütün qalan TTX-ləri yaradaq. Biz belə bir siyahı əldə etməliyik.

Diqqət edin, görün yarımfabrikatların olduğu TTX-nin görünüşü necə olur. Burada yarımfabrikatın istehsal edildiyi komponentlər haqqında məlumat görünür.

Banın yığılması üzrə TTX-nı biz Ban sexinin Əsas sahəsində yerləşdirəcəyik. Beləliklə, bizim misalımızda hər iki sahədən istifadə ediləcək.

Hər bir texniki-texnoloji xəritənin “Tətbiq edilib” əlaməti var. Sənəd tətbiq edilməmişdirsə, Mercury ERP onu qaralama kimi qiymətləndirir və iş zamanı istifadə etmir. Eyni zamanda bir mal və ya yarımfabrikat üzrə tətbiq edilmiş birdən artıq TTX mövcud ola bilməz.

Bununla da hazırlıq işləri başa çatdı, indi İstehsal planının yaradılmasına keçmək olar.

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı. Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı

Tikiş istehsalında uçot.

Mercury ERP. Ticarətin avtomatlaşdırılması