Mercury ERP

İstehsalatda uçot

İstehsalatda uçot

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ         MƏZMUN        MÜƏLLİF HAQQINDA  MERCURY ERP PROQRAMI

 

 

 

 

Siz buradasınız: İdarəetmə uçotu      İstehsalatda uçot

İstehsalatda uçot

İstehsalda uçot idarəetmə uçotunda ən mürəkkəb bölmələrdən biridir. Təsadüf deyil ki, bir çox istehsalda istehsalın planlaşdırılması ilə məşğul olan bütöv əməkdaş şöbələri var.

İstehsal müəssisələrində planlaşdırmanın iki istiqaməti mövcuddur: xammal və resurs istiqaməti. Xammal planlaşdırmasına aşağıdakı proseslər aiddir:

  1. Hansı və hansı həcmdə məhsulun istehsal ediləcəyini müəyyən etmək – istehsal planı.
  2. Məhsulun hazırlanması üzrə bütün aralıq mərhələləri müəyyən etmək, hər bir yarımfabrikat və sahə üçün istehsal tapşırıqlarını yaratmaq.
  3. İstehsal üçün hansı həcmdə və hansı xammalın lazım olacağını müəyyən etmək.
  4. Müəyyən material və yarımfabrikat ehtiyatlarını yaradaraq, avadanlığın mümkün sıradan çıxmasından sığortalanmaq.

Resurs planlaşdırmasına həmçinin, avadanlığın yüklənməsinin hesablanması, təmir və boş dayanma qrafiki, əməkdaşların iş vaxtının uçotu daxildir. O, istehsal əməliyyatlarının plan-qrafikini əldə etmək imkanı verir.

İstehsal sahələrinin çoxunu iki əsas növdən birinə aid etmək olar: sifariş üzrə və fasiləsiz.

Sifariş üzrə istehsala aşağıdakılar aiddir: avtomobil, qida məhsulları, məişət texnikası istehsalı. Yəni, buraxılış həcmi ədədlə və ya kiloqramla ölçülə bilən istehsal sahələri. Bir qayda olaraq, bu cür müəssisələr üçün əvvəlcədən məmulatların buraxılışı üzrə dəqiq plan tərtib etmək və məhz lazım olan sayda məhsul istehsal etmək olar. İstehsal dövrü diskretdir, tədarüklər yerini sexlər arasında müəyyən partiyalarla dəyişir.

Fasiləsiz istehsala kimyəvi istehsalın böyük bir hissəsi, elektroenergetika, neft və qaz hasilatı aiddir. Bu cür müəssisələrdə çox sərt istehsal dövrü olur. Bir çox halda, əvvəlcədən məhsul ehtiyatını yaradaraq, sahələrdən birini dayandırmaq mümkün olmur. Xammal axınları yerini boru kəmərləri və ya simlərlə dəyişir və kubmetr/saat-la və kilovatt/saat-la ölçülür.

Kiçik və orta biznesdə daha çox sifariş üzrə istehsal yayıldığına görə, bundan sonra biz məhz onu öyrənəcəyik. Misal olaraq, sadələşdirilmiş (həddindən çox sadələşdirilmiş) avtomobil istehsalından istifadə edək.

Həmçinin bu fəsildə istehsal planının yaradılmasından əlavə Mercury ERP-yə onun icra edilməsi üzrə məlumatların daxil edilməsi prosesini nəzərdən keçirəcəyik.

Fəsildə texniki-texnoloji xəritələr, istehsal aktları, istehsal üzrə sifariş və sahə üzrə sifariş kimi anlayışlara toxunacağıq. Bundan əlavə, Mercury-in müxtəlif növ istehsallarda tətbiq edilməsi üzrə bir neçə real misal çəkiləcək.

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı. Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.

İstehsal aktı

Tikiş istehsalında uçot.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı.

Traceability.

Ət kombinatında uçot.  Ət kombinatının avtomatlaşdırılması.

İstehsal aktı

Tikiş istehsalında uçot.

Mercury ERP. Ticarətin avtomatlaşdırılması