Mercury ERP

Mal ehtiyatlarının idarə edilməsi

Mal ehtiyatlarının idarə edilməsi

Mal ehtiyatları nədir və onları qalıqlardan niyə fərqləndirmək lazımdır? 

Həmişəki kimi, bu suala da bir misalın köməyi ilə cavab vermək daha asandır. Tutaq ki, sizin 50 kq kökünüz var. Bu çoxdurmu, yoxsa azdır? Kök ehtiyatlarımız çoxdurmu? Görünən odur ki, adi ailə üçün bu uzun müddət üçün kifayət etməyəcək. Bəs 20 kq restoran üçün hansı müddətə bəs edəcək? 

Bu misaldan görünür ki, ehtiyat malın istehlak həcmindən asılıdır. Malın eyni miqdarı restoran və orta statistik mətbəx üçün müxtəlif ehtiyat təşkil edir. Bu isə o deməkdir ki, anbarda vəziyyəti nəzarət altında saxlamağımız üçün yalnız qalıqları bilməyimiz azdır, həmin qalıqların  neçə günlük bəs edəcəyini bilməyimiz zəruridir. 

Beləliklə, mal ehtiyatını məhz günlərlə ifadədə qiymətləndirmək daha rahat olur (ehtiyatlarımız neçə günlük bəs edəcək?). 

Müəssisə üçün mal ehtiyatlarının idarə edilməsinin əhəmiyyətini şişirtmək çətindir. Kifayət etməyən ehtiyatlar hasilatı azaldır, alıcı sadəcə axtardığı malı tapmır. Artıq anbar ehtiyatları təşkilatın dövriyyə vəsaitlərini dondurur ki, bu da şirkətin maliyyəsinə mənfi təsir göstərir, buna görə, öz anbarınızda məhsul, xammal, mal ehtiyatlarını nəzarətdə saxlamaq çox vacibdir. 

Mercury ERP-də mal ehtiyatlarının nəzarəti və normalaşdırılması üçün xüsusi alət var Onu “Anbar” menyusundan çağırırlar və o, aşağıdakı şəkildə göstərilən görünüşə malikdir. 

Diqqət edin, “Ehtiyatların idarə edilməsi”, “Qalıqlardan” fərqli olaraq, yalnız qalıqlarda mövcud olan malları göstərmir. Həmçinin sıfır qalıqlı mövqelər, başqa sözlə desək, çeşid “dəlikləri” görünür. Anbarda hansı malların mövcud olacağını müəyyən etmək üçün Çeşid matrisləri istifadə olunur. 

“Ehtiyatların idarə edilməsi” alətindən istifadə etmək üçün anbar üçün çeşid matrislərini tənzimləmək lazımdır. İndi isə gəlin cədvəldə sütunların təyinatını nəzərdən keçirək. 

“Qalıq” natural qiymətlə ifadədə anbarda malın cari qalığını göstərir. 

“Ehtiyat, gün” cari ehtiyat. “Qalığın” “Orta gündəlik xərcə” bölünməsi yolu ilə hesablanır.  Günlərlə ölçülür. 

“Çatdırılma norması” tədarükçünün bu anbara yükləyə bildiyi mal partiyasının minimal həcmini göstərən göstəricidir. Mercury ERP tədarükçüyə sifarişi həmin qiymətə bölünə biləcək şəkildə yuvarlaqlaşdırır. Natural qiymətlərlə ölçülür. 

“Sığorta ehtiyatı” Avtomatik sifariş alqoritmlərindən biri tərəfindən istifadə olunan göstəricidir. Natural qiymətlərlə ölçülür. 

“Norma minimum” mal qalıqlarının ondan aşağı düşməməli olduğu göstəricidir. Avtosifarişdə istifadə edilir. 

“Norma maksimum” mal qalığının minimal normadan aşağı düşməsi zamanı tam sifarişin həyata keçiriləcəyi norma. Avtosifarişin alqoritmlərindən biri tərəfindən istifadə edilir. 

“Orta gündəlik sərfiyyat” natural ifadədə anbardan gündə nə qədər malın sərf olunduğunu göstərir. Adətən avtomatik hesablanır, lakin qiyməti əllə göstərmək imkanı da var. Məsələn, yeni mal üçün. 

“Analiz üçün günlər” orta gündəlik sərfiyyatın hesablanacağı günlərin sayını müəyyən edir. Subyektiv olaraq müəyyən edilir və malın mövsümiliyindən, dövriyyədən asılıdır. Ərzaqların pərakəndə ticarəti üçün adətən 714 gün istifadə edilir. 

“Ehtiyat tələbatı, gün” istifadəçi tərəfindən təyin olunan qiymətdir. Anbarda mal ehtiyatlarının hədəf səviyyəsi. Avtosifariş alqoritmində istifadə edilir. Tələbat maksimal qalıq normasından həmçinin aşağıdakı asılılıqla bağlıdır. NormaMaks=OrtaSərfiyyat*Tələbat. 

Göstəricilər həm hər bir mal üçün ayrılıqda, həm də qrup şəklində, işarələnmiş qeydlər üzrə dəyişir. Bunun üçün dəyişmək istədiyiniz qeydləri işarələyin və F3 düyməsinə basın. 

Dəyişdirəcəyiniz göstəricinin üzərinə işarə qoyun və yeni qiyməti daxil edin. Yuxarıdakı skrinşotda mən tələbatı 4 günədək dəyişdim. 

Orta gündəlik sərfiyyatın qeyd edilmiş qeydlər üzrə yenidən hesablanması üçün, “Hərəkət” bəndindən istifadə edin. 

Mercury ERP-nin bütün digər formalarında olduğu kimi, “Ehtiyatların idarə edilməsi”ndə sahənin qiymətinə, siçanla onun üzərinə kursoru qoyaraq və F2 klavişini vuraraq, onun üzərinə filtr yerləşdirmək olar. 

Skrinşotda görünür ki, yalnız “VelesQrup” tədarükçüsünün malları filtrdən keçirilib 

“Filtr” düyməsinin köməyi ilə ehtiyatı tələbatdan az (çeşid dəlikləri) və ya çox (bir nəqliyyat vasitəsindən digərinə köçürmə) olan malları seçmək olar. 

Bundan sonra, eyni formadan tədarükçüyə sifariş vermək olar. Sifariş etmək istədiyiniz mövqeləri işarələyin və “Sifariş” düyməsinə basın. Diqqət edin, qeyd olunan mövqelər eyni tədarükçüyə aid olmalıdır, əks halda Mercury sifariş etməyə imkan verməyəcək. 

Daha sonra sifarişin hesablanacağı alqoritmi seçmək lazımdır. 

  

Birinci alqoritm “Günlərlə ifadədə sifariş” aşağıdakı alqoritm üzrə işləyir. Ehtiyat tələbatı ilə hazırki mal ehtiyatı arasındakı fərq müəyyən edilir. Əldə olunmuş rəqəm orta gündəlik sərfiyyata vurulur. Diqqət edin, alqoritm tədarükçü tərəfindən malın tədarük edilməsi müddətlərini nəzərə almır. Buna görə, gözlənilən artım vaxtını “Ehtiyat tələbatına” qoymaq zəruridir. 

İkinci alqoritm “Sığorta ehtiyatı üzrə sifariş” daha mürəkkəb sxem üzrə işləyir və növbəti tədarükə qədər günlərin sayının daxil edilməsini tələb edir. Əvvəlcə mal tələbatı natural qiymətlə ifadədə, daxil edilmiş günlərin sayının orta gündəlik sərfiyyata vurulması ilə, hesablanır. Bundan sonra, sifarişə miqdar aşağıdakı düstur üzrə hesablanır: SİFARİŞ=TƏLƏBAT 

– QALIQ + SIĞORTA_EHTİYATI. Yəni, tələbatdan cari qalığı çıxır və hər gözlənilməz hal üçün sığorta ehtiyatını üstə gəlirik. 

Üçüncü alqoritm “Maksimal norma üzrə sifariş” aşağıdakı prinsip üzrə işləyir. Mal qalığı minimal normadan azdırsa, maksimal normaya qədər sifariş etmək zəruridir. Yəni, SİFARİŞ=MAKS – QALIQ. 

Üç alqoritmin hər biri sonda sifariş sayını Çatdırılma normasına bölünəcək şəkildə yuvarlaqlaşdırır. 

Yaratdıqdan sonra, Mercury ERP əldə edilmiş sifarişi açmağı təklif edəcək ki, istifadəçi, zərurət yarandıqda, onu tədarükçüyə göndərməzdən öncə redaktə etsin. 

Son olaraq, aşağıdakıları demək olar: 

Sorğunu tamamilə kompüterə tapşırmağın mənası yoxdur, satış proqnozlarında qeyri-müəyyənlik amili çox güclü olur. Anbar ehtiyatlarının idarə edilməsi “Sehrli düymə” deyil. 

Bu çox effektiv alətdir, onun vasitəsilə anbarlarınızdakı ehtiyatları idarə etmək rahat olur. 

 

 

Bundan sonra oxu: 

Anbarda təftiş  

Çeşid matrisi  

Mal ehtiyatlarının idarə edilməsi 

Sənədlərin surətinin yaradılması  

Qaimə şablonu  

Malın ehtiyatda saxlanması 

Mercury ERP 

Ticarətin avtomatlaşdırılması