Mercury ERP

Maliyyənin idarə edilməsi

Maliyyənin idarə edilməsi

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ      MƏZMUN         MÜƏLLİF HAQQINDA   MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu Maliyyənin idarə edilməsi

Maliyyənin idarə edilməsi

Maliyyənin idarə edilməsi idarəetmə uçotunun əsas istiqamətlərindən biridir. Maliyyənin idarə edilməsi dedikdə ağla üç əsas proses gəlir: uçot, planlaşdırma və pul vəsaitlərinin hərəkətinə nəzarət.

Bu prosesləri ona görə ayırırıq ki, bunlarla adətən iri müəssisələrdə müxtəlif bölmələr məşğul olur.

Şirkətlərdə uçotla adətən mühasibatlıq məşğul olur. Kontragentlərə ödənişlər, vergilər, dövri (məsələn, icarə haqqı) və bütün qalan ödənişlər uçot proqramında əks etdirilməlidir ki, digər bölmələr planlaşdırma və nəzarət üçün zəruri olan məlumatları ala bilsin.

Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və nəzarəti üçün müəyyən metodikalar və alətlər mövcuddur. Bununla artıq mühasibatlıq deyil, maliyyə şöbəsi məşğul olur. Onun tapşırıqlarına kreditor və debitor borclarına nəzarət, ödəniş təqvimlərinin tərtib edilməsi, büdcənin hazırlanması kimi funksiyalar daxildir.

Daha sonra bu fəsildə biz Mercury ERP tərəfindən təqdim olunan, müəssisədə maliyyə axınının idarə edilməsi üçün nəzərdə tutulan alətləri nəzərdən keçirəcəyik. Bu barədə ardıcıl olaraq, uçot və planlaşdırmanı ayırmadan danışmağa çalışacağıq.

Xəzinə hesabları.

“Xəzinə hesabı” anlayışının ən asan tərifi şirkətdə pulların olduğu yer kimi təsvir edilməsidir. Bu, müxtəlif banklarda hesablaşma hesabları, müxtəlif bölmələrdə və filiallarda kassalar ola bilər. Belə çıxır ki, “Anbardır”, lakin pullar üçün nəzərdə tutulub.

Mercury proqramında holdinq uçotu reallaşdırılıb ki, bu uçot bir verilənlər bazasında bir neçə  öz hüquqi şəxsləri ilə işləmək imkanı verir. Özü də hər bir hüquqi şəxsin məhdudiyyətsiz sayda xəzinə hesabı ola bilər. Bu zaman onların anbarla üst-üstə düşməsi mütləq deyil. Məsələn, bankda hesablaşma hesabı bütün anbarlar üçün ümumidir, kassa isə hər kəs üçün ayrıdır.

Gəlin bunu sizə misal çəkərək göstərək. Tutaq ki, bizim holdinqimiz iki hüquqi şəxsdən ibarətdir. Onlardan biri istehsalla məşğuldur, ikincisinin isə üç mağazası var. “Hesablaşmalar””Təşkilatlar” sorğu kitabçasında bu aşağıdakı qaydada həyata keçirilir:

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu

İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM – Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri.

Büdcə maddələrinin sorğu kitabçası

Büdcənin tərtib edilməsi Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu

İstehsalatda uçot

İndi isə, gəlin, xəzinə hesabları yaradaq. İstehsalla məşğul olan firmada bizə yalnız bir Xəzinə hesabı lazım olacaq – bankda hesablaşma hesabı. Mağazalara sahib olan firmaya isə, hesablaşma hesabından başqa, hər bir mağaza üçün kassa yaratmaq lazımdır.

Maliyyə əməliyyatlarının kodları.

Proqramda müəssisənin/ holdinqin həyata keçirdiyi bütün ödənişlər əks olunmalıdır. Bura, tədarükçülərə ödənişlər, əməkdaşların əmək haqqı, vergilər, daxil olmalar, hasilatlar və s. daxildir. Onların təsnifatı üçün maliyyə əməliyyatları sorğu kitabçası mövcuddur.

Hər bir təşkilat ona lazım olan maliyyə əməliyyatlarının sayını özü müəyyən edir, habelə, onların təsnifatını təyin edir. Analitik hesablaşmalar üçün mümkün qədər çox nizama salınmış iyerarxiyaya malik maliyyə əməliyyatları maddələrinə sahib olmaq sərfəlidir. Bu zaman unutmamaq lazımdır ki, bu, sıravi işçilər üçün proqramla işi çətinləşdirəcək. Mən öz fəaliyyətimdə həm yüz əllidən çox maliyyə əməliyyatları kodlarına malik olan şirkətlər həm də bir neçə onluq maddələrlə kifayətlənən firmalar görmüşəm. Bu sorğu kitabçasını dolduran zaman şirkətin fəaliyyət sahəsini, bütün müəssisədə və konkret olaraq maliyyə şöbəsində bölmələrin, şöbələrin, əməkdaşların sayını nəzərə almaq əhəmiyyətlidir.

Burada biz Mercury proqramında maliyyənin idarə edilməsi üzrə giriş məlumatlarının öyrənilməsini başa çatdırırıq. Bundan sonra oxu:

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM Maliyyə məsuliyyəti mərkəzi

Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi

Büdcənin yerinə yetirilməsinə nəzarət

Multivalyuta uçotu

Mercury ERP. Ticarətin avtomatlaşdırılması