Mercury ERP

MMM – Maliyyə məsuliyyəti mərkəzi

MMM – Maliyyə məsuliyyəti mərkəzi

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ       MƏZMUN           MÜƏLLİF HAQQINDA       MERCURY ERP PROQRAMI

 

 

 

Siz buradasınız: İdarəetmə uçotu        Maliyyənin idarə edilməsi     MMM – Maliyyə məsuliyyəti mərkəzi

MMM – Maliyyə məsuliyyəti mərkəzi

Büdcənin hazırlanmasının ikinci addımı şirkətin təşkilati strukturunun tərtib edilməsi və MMM sorğu kitabçasının qurulmasıdır.

Məliyyə Məsuliyyəti Mərkəzi adətən şirkətin maliyyə göstəricilərinə çatmağa görə məsuliyyət daşıyan bu və ya digər bölməsinə deyilir. Məsələn, bu mağaza (hasilata görə məsuliyyət daşıyan), təchizat şöbəsi (satınalma planı) və ya xərcləri kağıza və dəftərxana mallarına çıxan mühasibatlıq ola bilər.

Öz şəxsi MMM sorğu kitabçanızı yaratmaq üçün, “Sorğu kitabçaları””Büdcə””Maliyyə məsuliyyəti mərkəzləri” menyusunu açın.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot

Maliyyənin idarə edilməsi

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri.

Tədarükçü və alıcılarla hesablaşmaların uçotu

İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM – Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri.

Büdcə maddələrinin sorğu kitabçası

Büdcənin tərtib edilməsi Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu

İstehsalatda uçot

Şəkildən göründüyü kimi, sorğu kitabçası iyerarxik struktura malikdir. Bu zaman yalnız ağacın son elementləri bilavasitə MMM olur. “Ofis” və “Mağazalar” elementləri sadəcə nümayiş və analiz rahatlığı üçün olan qruplardır.

Bu sorğu kitabçasında hər vəzifəni və ya şirkətinizin hər bölməsini əks etdirmək lazım deyil. MMM olaraq yalnız öz büdcələrinə malik olan və fəaliyyətlərinə nəzarəti sizə mütləq lazım olan bölmələri təyin edin. Biznesinizlə birbaşa əlaqədar olmayan fəaliyyət istiqamətini ayrıca MMM-ə ayırmaq mütləq deyil. Məsələn, siz qida məhsullarının ticarəti ilə məşğulsunuzsa və IT-xidmətləriniz autsorsinqdədirsə, ona çəkilən xərcləri “İnzibatçılıq” MMM-də nəzərə almaq olar. Lakin mütləq hər mağaza (yaxud, şəbəkə böyükdürsə, şəhər/ region) üçün MMM yaradın.

MMM strukturunun yaradılması zamanı unutmayın ki, hər MMM-in büdcənin icrasına görə məsuliyyət daşıyan konkret rəhbəri olmalıdır.

“Aşağıdan Yuxarı” büdcənin hazırlanması paradiqmasından çıxış edərək, hər yaradılmış MMM üçün onun öz büdcəsini yaratmaq zəruri olacaq. Bütün MMM-lər öz büdcələrini yaratmamışdırsa, proqram sizə konsolidasiya edilmiş büdcə yaratmağa imkan verməyəcək. Strukturunuzu yaradarkən, bunu nəzərə alın.

Unutmayın, maliyyə məsuliyyəti mərkəzi üzrə sistemdə arxivləşdirilmiş və ya qüvvədə olan büdcələr varsa, onu silmək olmaz. Şöbə ləğv edilmişdirsə, sadəcə müvafiq mərkəzin üzərindən “Qüvvədədir” işarəsini götürün.

MMM strukturunu yaratdıqdan sonra, növbəti addıma – büdcə maddələrinin sorğu kitabçasının tərtib edilməsinə keçmək olar.

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri.

Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM – Maliyyə məsuliyyəti mərkəzi

Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi

Büdcənin yerinə yetirilməsinə nəzarət

Multivalyuta uçotu

Mercury ERP. Ticarətin avtomatlaşdırılması