Mercury ERP

Pərakəndə ticarətdə uçot

Pərakəndə ticarətdə uçot

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ       MƏZMUN          MÜƏLLİF HAQQINDA  MERCURY ERP PROQRAMI

 

 

 

Siz buradasınız: İdarəetmə uçotu    Pərakəndə ticarətdə uçot

Pərakəndə ticarətdə uçot

Pərakəndə ticarətdə bütün sahibkarlar, istənilən halda, uçot aparırlar. Çoxu heç bir proqram olamadan da bunu edə bilirlər, onlara mal mədaxilinin və mağazanın hasilatının qeyd edildiyi sadə dəftər kifayət edir. Bu üsula ayrıca fəsil həsr edəcəyik, lakin daha ətraflı uçotun avtomatlaşdırılması üzərində dayanacağıq.

İlk öncə, müəyyən etmək lazımdır ki, pərakəndə ticarətdə uçotun avtomatlaşdırılmasının kimə və nə üçün zəruri olduğunu müəyyən etmək lazımdır. Sizə bağda traktor barədə bir misal gətirəcəyik.

Heç biriniz mübahisə etməzsiniz ki, traktor beldən daha səmərəli və texnoloji vasitədir. Lakin çətin ki, o, 6 sot bağ sahəsi sahibi üçün faydalı olsun. Ona bahalı mütəxəssislər tərəfindən qulluğ göstərilməsini, dizel və quru qaraj tələb etməyən beldən istifadə etmək daha ucuz və asandır. Lakin iri aqrar firma üçün traktor (hətta bir neçə traktor deyə bilərik) olmadan işləmək çətindir, çünki bellə böyük əkin sahələrini qazmaq mümkün deyil.

Bu misalı yadınızda saxlayın və satıcıların bu və ya digər proqram məhsulunun səmərəliliyi və texnoloji olması barədə nağıllarına “aldanmayın”. Həmişə öz tələbatınızdan çıxış edərək hərəkət edin.

Bir çoxu uçotu elə uçot xətrinə aparır. Hər şeyi maksimal dərəcədə edirlər. Bu daha çox “islahat ruhunda” olan və rəhbərlik qarşısında təcili seçilmək istəyən gənc mühəndislərə xasdır. Onlar özlərinin faydalı olduğunu sübut etmək istəyirlər. Onlar kifayət qədər mürəkkəb uçot sistemlərini sadəcə onlar olsun deyə hazırlayır və tətbiq edirlər. Nəticədə, hər şey təxminən bu cür alınır:

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot

Təftişin keçirilməsi Qismən təftiş Alkoqolun satış qaydaları

Ət mağazasında uçot Ərzaq mağazasının avtomatlaşdırılması.

Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Günlərin birində biz uçotun artıq nizama salındığı ət mağazasının avtomatlaşdırılması ilə məşğul olurduq. Bu mağazanın uçotu bir çox ət kombinatlarındakından daha yaxşı qurumuşdu. Məni ora sadəcə sistemi sadələşdirmək üçün çağırmışdılar, çünki mövcud sistemdən istifadə etmək son dərəcə çətin idi. Əlbəttə! Axı malı anbardan paylaşdırma sexinə, daha sonra isə ticarət zalına, gecə isə satılmayan malları geriyə anbara göndərmək lazım idi! Bu cür olan halda kompüterdəki işə alıcılarla işdən daha çox vaxt sərf olunurdu.

İdarəetmə uçotu idarəetmə qərarlarının qəbul edilməsi üçün zəruri olan məlumatların təsbit edilməsi və işlənməsi üzrə tədbirlər kompleksidir. İstənilən digər “tədbirlər” kimi, uçotu planlaşdırmaq olar (və lazımdır!).

Mühəndis mexanizmi layihələndirdiyi zaman onun cavab verəcəyi birinci sual “mezanizm nə üçün lazımdır” sualı olmalıdır. Parovozun konstruksiyası ilə məşğul olarkən, İvan Polzunov səs-küylü və tüstüləyən, bir neçə ton çəkisi olan maşının konstruksiyası tapşırığını deyil, insanların və yüklərin böyük məsafələri keçməsi tapşırığını həll edirdi.

Buna görə pərakəndə ticarətdə uçotun planlaşdırılmasını tapşırıqların qoyulmasından başlamaq lazımdır.

Pərakəndə ticarətdə idarəetmə uçotunun həllində yardım edəcəyi aşağıdakı tapşırıqlar mövcuddur. Onlardan çoxu kağız üzərində həll olunur, bəziləri üçünsə, proqram zəruridir. Gəlin, onları növbə ilə nəzərdən keçirək.

  1. Gəliri hesablamaq. Şirkətimiz nə qədər qazandı? Hər mağaza nə qədər qazandı? Süd məhsullarının satışında biz nə qədər qazandıq?

Şirkətin konkret nə qədər qazanc əldə etdiyi çox vacib məsələdir, onu heç bir halda nəzərə almamaq olmaz. Dövriyyədən qazandığınızdan çox pul götürsəniz, konsiqnasiya hesablamaları üçün vasitələriniz çatmaya, mal ehtiyatınız azala bilər, mal çeşidləriniz azalacaq və sonunda hasilatınız azalmağa başlayacaq, çünki alıcılar lazım olan malı sizdə tapa bilməyəcəklər.

Yeri gəlmişkən, buradan ikinci bir sual irəli gəlir.

  1. Şirkətdə nə qədər mal ehtiyatı var? Bəs Qaqarin küçəsində yerləşən mağazada nə qədər mal ehtiyatı var? Bəs Sülh küçəsində yerləşən mağazada nə qədər tütün məmulatı var?

Mal ehtiyatlarına nəzarət edərək, onların optimal vəziyyətini qoruyub saxlayaraq, siz, bir tərəfdən, belə deyək, “çeşid dəliklərinin”

Yaranmasından və artıq ehtiyatların yaranmasından qaça bilərsiniz. “Çeşid dəlikləri” hasilata həddindən çox mənfi təsir

göstərir, artıq mal ehtiyatları isə dövriyyə vəsaitlərimizi dondurur.

  1. Tədarükçülərə mərkəzləşdirilmiş ödəniş.

Sizdə uçot qurulmuşdursa, malı tədarükçülərdən konsiqnasiya üçün götürə və onun üzrə ödənişi vastında edə bilərsiniz. Sizin bir neçə mağazanız varsa, tədarükçülərə mərkəzləşdirilmiş ödəniş (məsələn, nağdsız hesablaşma vasitəsilə) mağaza əməkdaşlarının üzərinə düşən yükü azaldacaq. Həmçinin, əməkdaşın pullar üzərində “səhv” sərəncam vermə ilə əlaqədar riskləri də azalır.

  1. Normal uçot olmadığı zaman əməkdaşlarda sahibkarın etibarından sui-istifadə etmək istəyi yarana bilər. Həmçinin, öz malının satışı, saxta qiymət kağızları, “kassadan kənar” ticarət və sadəcə malın və ya pulların kassadan oğurlanması halları yarana bilər.
  2. Elastik qiymətqoyma.

Təəssüflər olsun ki, hər kəsin rəqibləri var. Hətta Mercury ERP proqramı dünyada yeganə proqram deyil. Mağazaların da, əlbətdə ki, rəqibləri var.

Mağazalar müxtəlif rəqabət mühiti və əhalinin müxtəlif alıcılıq qabiliyyəti olduğu müxtəlif rayonlarda yerləşə bilər. Müvafiq olaraq, mağazalardakı qiymətlər də müxtəlif olmalıdır. Marketinq aksiyalarının keçirilməsi üzrə elastik sistem, diskont kartları, loyallıq sistemi və iyirmi birinci əsr marketinqinin digər nailiyyətləri lap yerinə düşərdi.

  1. Müştərilərə xidmət keyfiyyətinin və sürətinin yaxşılaşdırılması.

Burada hər şey asandır. Özünəxidmət mağazasında keçiricilik və hasilat həmişə piştaxtalı mağazadan daha çox olur (digər bərabər şəraitdə). Və bu cür olan halda, uçotun avtomatlaşdırılması olmadan iş getməz.

Daha sonra bu fəsildə Mercury ERP proqramı vasitəsilə bütün bu suallara necə cavab veriləcəyini göstərəcək, habelə ticarətin avtomatlaşdırılması üzrə çoxlu sahə misalı çəkəcəyik.

Təftişin keçirilməsi

Qismən təftiş

Alkoqol satışı qaydaları

Ət mağazasında uçot

Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri. Kassa proqramı

Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət. Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi.

VDAMS-da qalıqlar

Mercury ERP. Ticarətin avtomatlaşdırılması