Mercury ERP

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ       MƏZMUN           MÜƏLLİF HAQQINDA  MERCURY ERP PROQRAMI

 

 

 

Siz buradasınız: İdarəetmə uçotu       Pərakəndə ticarətdə uçot           Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

Bu fəsli uzun müddət yazmaq istəmirdik, amma onun içindəki  material müştərilərimizin  demək olar ki, yarısına aiddir.

Adətən proqramda etdiyimiz hər şey müştərilərə birbaşa fayda gətirir. Ya qazancını  artırır, ya  xərclərini azaldır, ya da dövriyyə  vəsaitlərini azad edir… siyahı  çox davam edilə  olar. Tənzimləmə və  yoxlama orqanları ilə daha az təmasda olmaq üçün   biz məxsusi olaraq mühasibat uçotu ilə  məşğul olmuruq. Ancaq bəzən bundan yan qaçmaq olmur. Bəzən proqrama dövlətin tələbi ilə biznesin  işini  mürəkkəbləşdirən funksiyalar qurmaq lazım gəlir.

Son  olaraq belə təşəbbüslərdən biri VDAMS sisteminin təsirinin  pərakəndə satışa qədər genişləndirilməsidir.

VDAMS (Vahid Dövlət Avtomatlaşdırılmış  Məlumat Sistemi) xeyli müddətdir ki, mövcuddur.  Ancaq 1 yanvar 2016-cı ilədək burada yalnız alkoqol  məhsullarının istehsalçıları və topdan  tədarükçüləri işləməli idi. Bu kitabın  yazıldığı zaman  artıq  alkoqol satan bütün təşkilatlar, o cümlədən fərdi sahibkarlar, süzmə pivə satışı məntəqələri və ictimai iaşə müəssisələri VDAMS-dan istifadə etməli idilər.

Qısa şəkildə VDAMS-ın mahiyyəti ölkə daxilində alkoqolun bir şüşəyə qədər dəqiqliklə bütün yerdəyişmələrinin, istehsalının, alışının və satışının qeydə alınmasından ibarətdir.  Nəzəriyyədə bu,   kontrafakt alkoqolla mübarizədə köməklik etməli və büdcəyə aksiz  daxilolmalarını artırmalıdır.

Bir mağazada (kafedə / barda / restoranda) VDAMS-ı istifadə etməyə başlamaq üçün JaCarta (Cakarta) almaq lazımdır. O, şəkildə göstərildiyi kimi görünür və xüsusi mağazalarda satılır.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot

Təftişin keçirilməsi Qismən təftiş Alkoqolun satış qaydaları

Ət mağazasında uçot Ərzaq mağazasının avtomatlaşdırılması.

Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi.

VDAMS-da qalıqlar

İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Şirkətinizin mülkiyyət forması  FS-dirsə, onda bütün mağazalar üçün yalnız bir cakartanın  olması yetərlidir. Şirkətinizin

mülkiyyət forması  MMC-dirsə, onda lisenziyada göstərilən satış yerlərinin sayına görə cakartaya malik olmalısınız.

Aksiz markalarından ştrix-kodları oxumaq üçün 2D skaneri də  lazım olacaq. Yeri gəlmişkən, ictimai iaşə müəssisələri, eləcə də süzmə pivə satış nöqtələri üçün skaner lazım deyil.

Əlbəttə ki, bütün bunları idarə etmək üçün “Pərakəndə ticarətdə VDAMS” modullu Mercury ERP proqramı lazım olacaq.

Pərakəndə ticarətçilərin  VDAMS sistemində etməli olduğu bütün hərəkətləri qısaca təsvir etsək, onda  bunlar aşağıdakılardan ibarətdir:

  1. Mədaxillərin təsdiq edilməsi. Tədarükçülər sizə elektron şəkildə qaimələr göndərəcəklər, siz isə malın qəbul edilməsi faktını təsdiqləməlisiniz.
  2. VDAMS-da alkoqol  satışının  qeydə alınması. Tünd spirtli içki satırsınızsa, satışlar birbaşa kassada qeydə alınır. Satıcı aksiz markasını skan etməlidir,  satış  haqqında məlumat isə  birbaşa VDAMS serverinə gedəcəkdir. Siz restoran və ya “süzmə içki” nöqtəsinin qürurlu sahibisinizsə, satışları “Silmə” sənədinin köməyi ilə əl ilə həyata keçirməli olacaqsınız.
  3. Qalıqları izləyin. VDAMS sistemi ticarət nöqtənizdəki  məhsulların miqdarını izləyir. Yoxlama aparan  təşkilatlar istənilən vaxt gəlib mağazadakı real məhsulları VDAMS məlumatları ilə müqayisə edə bilər ki, bunun da müvafiq nəticələri ola bilər… Buna görə də qalıqlara baxmağı, satılmış (və ya oğurlanmış !!!) malları vaxtında silməyi və daxil olmuş malları balansa qoymağı unutmayın.

Növbəti fəsillərdə biz Mercury ERP proqramında VDAMS-dan istifadə ilə bağlı ətraflı təlimat verəcəyik.

Təftişin keçirilməsi

Qismən təftiş

Alkoqol satışı qaydaları

Ət mağazasında uçot

Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı

Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət. Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi. VDAMS-da qalıqlar

Mercury ERP. Ticarətin avtomatlaşdırılması