Mercury ERP

Sənədlərin surətinin yaradılması. Qaimə şablonu

Sənədlərin surətinin yaradılması. Qaimə şablonu

Anbarın müntəzəm olaraq bir-birinə çox oxşar olan qaimələr göndərdiyi hallara tez-tez rast gəlinir.  Bu, məsələn, hazır məhsulun sexdən sexə ötürülməsi, xammalın istehsalata buraxılması, azqiymətli və tezköhnələn əşyaların silinməsi və s. ola bilər. 

Belə qaimələrdəki sətirlərin sayı kifayət qədər çoxdursa, qaiməni hər dəfə yaratmaq deyil, köhnə qaimələrdən birini kopyalamaq və redaktə etmək daha rahat olar. Qaimələrin kopyalanması operatorun işini xeyli asanlaşdırır və səhvlərin sayını azaldır. 

Digərlərindən daha çox kopyalanan qaimələri “Qaimə şablonları”na çevirmək daha rahatdır. Sadəcə siçanın sağ düyməsi ilə keçirilməmiş yük qaiməsinə vurun və kontekst menyusunun “Şablon kimi qeyd et” bəndini seçin. 

Bundan sonra qaimə şablona çevrilir. Şablonu redaktə etmək, keçirmək olmaz. Onu yalnız yeni qaiməyə köçürmək mümkündür. Onu redaktə etmək istəyirsinizsə, əvvəlcə Şablon işarsəni götürmək lazım olacaq.  

Xərclər jurnalını açdıqda şablonlar həmişə siyahının əvvəlində əks olunur. Şablonlardan yaxşı baş çıxarmaq üçün qaiməyə şərh əlavə etmək tövsiyə olunur. 

Kontekst menyusunun və ya F5 sürətli düymənin köməyi ilə şablonu yeni qaiməyə köçürmək mümkündür.  

Nəticədə redaktəsi və keçirilməsi mümkün olan adi qaimə alınır.   

 

Bundan sonra oxu: 

Anbarda təftiş Çeşid matrisi Mal ehtiyatlarının idarə edilməsi 

Sənədlərin surətinin yaradılması 

Qaimə şablonu  

Malın ehtiyatda saxlanması