Mercury ERP

Ümumi multivalyutalılıq anlayışı

Ümumi multivalyutalılıq anlayışı

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

Siz buradasınız: İdarəetmə uçotu Maliyyənin idarə edilməsi Multivalyuta uçotu

Multivalyuta uçotu

Ümumi multivalyutalılıq anlayışı

Kontragentlərlə müxtəlif valyutalarda hesablaşmalar aparmaq zəruridirsə, Merсury bunu etmək üçün imkan verir. Uçot valyutası deyə bir anlayış var – bu proqramın hesablaşma sənədlərində susmaya görə istifadə edilən əsas valyutadır. Həmçinin məhdudiyyətsiz sayda əlavə valyuta daxil etmək olar.

İstifadəçi hüquqları

Multivalyutalılıq üzrə funksionalın idarə edilməsi üçün Maliyyə => Valyuta tənzimləmələri bölməsindəki hüquqların tənzimlənməsi tətbiq edilir.

İlkin tənzimləmələr

Multivalyuta rejiminin aktiv edilməsi üçün verilənləri valyuta sorğu kitabçasına daxil etmək zəruridir (Baş menyu => Sorğu kitabçaları => Valyutalar => Valyuta növləri).

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri.

Tədarükçü və alıcılarla hesablaşmaların uçotu

İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM – Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri.

Büdcə maddələrinin sorğu kitabçası

Büdcənin tərtib edilməsi Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu

İstehsalatda uçot

İstifadəçi hüquqları aktiv edilməlidir:       Valyutanın əlavə edilməsi,    Uçot valyutasının dəyişdirilməsi,      Valyuta məzənnəsinin dəyişdirilməsi.

Valyuta növləri sorğu kitabçası aşağıdakı görünüşə malik olur:

Yeni valyuta növünün daxil edilməsi zamanı aşağıdakı verilənləri göstərmək zəruridir:

  1. Valyutanın hərf kodu – valyutanın beynəlxalq ictimaiyyətdə qəbul edilmiş qısa adıdır (RUR, USD və s.)
  2. Valyutanın rəqəmsal kodu
  3. Valyutanın tam adı
  4. Valyuta əsas uçot valyutasıdırsa, “Proqramın əsas uçot valyutası” işarəsini aktiv etmək zəruridir. Əsas uçot valyutası olaraq yalnız bir valyuta təyin edilə bilər, işarənin təyin edilməsi zamanı uçot valyutasının əvvəlki qiyməti sıfırlanır. Daxil edilmiş birinci valyuta susmaya görə uçot valyutası olur. İstifadəçinin

uçot valyutasının dəyişdirilməsi hüququ olduğu zaman uçot valyutasının təyin edilməsi.

Valyuta növü sorğu kitabçasında yaddaşda saxlandıqdan sonra onun məzənnəsini göstərmək lazımdır. Bunun üçün      Valyuta məzənnəsinin dəyişdirilməsi hüquqları aktiv edilməlidir.

Valyuta məzənnəsinin daxil edilməsi dialoq pəncərəsində “Məzənnəni təyin et” düyməsinə vurduqda aşağıdakı verilənləri göstərmək zəruridir:

  1. Valyutanın növü
  2. Vahid məzənnənin göstərildiyi valyuta vahidlərinin miqdarı, susmaya görə daima 1 olur. Vahid miqdarının artırılması yalnız çox kiçik məzənnəsi olan valyuta üçün daxil etmək tövsiyə edilir ki, yuvarlaqlaşdırma ilə əlaqədar problemlərdən qaçmaq mümkün olsun, çünki valyuta məzənnəsi üçün vergüldən sonra 4 işarə dəqiqliyi ilə ədəd ayrılıb.
  3. Məzənnə – proqramın əsas uçot valyutasında verilmiş valyuta vahidi miqdarının dəyəridir

Daxil edilmiş bütün məzənnələr yaddaşda saxlanılır, Valyuta məzənnəsinin dəyişdirilməsi hüquqları aktiv edildiyi zaman onlara baxmaq və redaktə etmək olar. Valyuta məzənnələri tarixinə baxmaq üçün Baş menyu => Valyutalar => Valyuta məzənnələri tarixi bəndi istifadə edilir.

Anbar sənədlərində multivalyutalılıq

Kontragentlərlə hesablaşmalarda borcun yaranmasına təsir göstərən sənədlərdə valyuta göstərilir. Bu, aşağıda göstərilən sənəd növləridir:

  1. Mədaxil
  2. Məxaric
  3. Tədarükçüyə sifariş
  4. Alıcının sorğusu

Valyuta “Hesablaşmalar” əlfəcinində göstərilir. Susmaya görə sənədin yaradılması zamanı proqramın əsas uçot valyutası təyin edilir.

Sənəd valyutasının dəyişdirilməsi üçün Anbar sənədlərində valyutanın dəyişdirilməsi hüququ aktiv edilməlidir. Valyutanın dəyişdirilməsi yalnız sənəd tətbiq edilmədiyi zaman mümkündür.

Sənəd jurnalında sənədin valyutasını ayrıca sütunda görmək olar:

düyməsi vasitəsilə sənəd ödənişi zamanı sənəd üzrə ödəniş sənəd valyutasında yaradılır.

Daxili yerdəyişmələr yaradıldığı zaman daxili yerdəyişmə üzrə mədaxil əsas olan məxaricdə göstərilənlə eyni valyutada yaradılacaq.

Ödəniş sənədlərində multivalyutalılıq

Yeni ödəniş daxil edildiyi zaman sənədin valyutası proqramın əsas uçot valyutasına bərabər təyin edilir.

Ödəniş valyutasını, o, tətbiq edilməmiş və paylaşdırılmamışdırsa, dəyişdirmək olar. Bunun üçün istifadəçidə Ödəniş sənədlərində valyutanın dəyişdirilməsi hüququ aktiv edilməlidir.

Ödəniş susmaya görə ödənişlə eyni valyutada olan  kontragent sənədləri üzrə borcları bağlayır.

Yəni, rublla ifadə olunan ödənişlər rubl borclarını bağlayır, ABŞ dolları ilə ifadə olunanlar isə sənədlər üzrə ABŞ dolları ilə ifadə olunan borcları bağlayır və s.

Ödənişi uçot valyutasında həyata keçirmək (məsələn, hesabdan rublla ifadə olunan məbləği silmək), kontragentin borcunu isə başqa bir valyutada (məsələn, AZN) bağlamaq zərurəti varsa, ödənişi konvertasiya etmək olar.

Valyuta konvertasiyası tətbiq edilməmiş ödəniş üçün mümkündür, həmçinin      Ödəniş sənədlərində valyuta konvertasiyası hüququ aktiv edilməlidir.

Ödənişi başqa bir valyutaya konvertasiya etmək üçün “Valyuta” əlfəcinində “Başqa bir valyutaya konvertasiya et” düyməsi ilə valyuta konvertasiyası təlimatçısını açmaq lazımdır.

Valyuta konvertasiyası təlimatçısında “Yeni valyuta” sahəsində ödənişin hanı valyutaya konvertasiya ediləcəyini göstərmək zəruridir. “Mübadilə məzənnəsi” və “Yeni məbləğ” sahələrində qiymətlər avtomatik hesablanacaq.

Valyuta konvertasiyası zamanı seçilmiş valyutanın daxil edilmiş son məzənnəsi istifadə edilir.

Ödəniş valyutasının konvertasiyasından sonra ilkin valyuta və ödəniş məbləği yaddaşda saxlanılır. Onlar “Valyuta” əlfəcinində

əks olunur.

Valyutanın konvertasiyasından sonra həm sənədin məbləğini (bu zaman ilkin məbləğ avtomatik yenidən hesablanacaq), həm də sənədin ilkin məbləğini (bu zaman ödəniş məbləği həmçinin yaddaşda saxlanmış valyuta məzənnəsinin nəzərə alınması ilə yenidən hesablanacaq) dəyişdirmək olar.

Zərurət yarandıqda, ödəniş valyutasını təkrar konvertasiya etmək olar, bu zaman ödənişdə yaddaşda saxlanılmış valyuta məzənnəsi yenilənəcək, konvertasiya isə yenidən ilkin valyutadan həyata keçiriləcək.

Ödənişin sənəd üzrə paylaşdırılması

Ödəniş üçün sənədlərin seçilməsi və ödənişin kontragentin sənədləri üzrə paylaşdırılması zamanı sənədlər sənədin valyutası nəzərə alınmaqla seçilir. Yəni, ödənişdə RUR valyutası göstərilibsə, paylaşdırma üçün yalnız RUR valyutalı sənədlər seçiləcək.

Konvertasiya edilmiş ödənişlər üçün sənədin əsas valyutası üzrə sənədlər seçiləcək, ilkin valyuta isə yalnız xəzinədarlıq hesabı üzrə qalığın hesablanması zamanı iştirak edəcək.

Xəzinədarlıq hesabları üzrə qalığın hesablanması və borcun hesablanması zamanı multivalyutalılığın uçotu

Müxtəlif valyutada ödəniş məbləğləri, onlar eyni hesab üzrə keçdiyi halda, xəzinədarlıq hesabı üzrə hesablama zamanı cəmlənmir və ayrıca göstərilir.

Valyutalı sütun “Cari qalıqlar” cədvəlinə əlavə edilib.

Konvertasiya edilmiş ödənişlər üçün hesab üzrə qalıq ilkin ödəniş valyutası ilə ifadə olunan məbləğ əsasında, adi ödənişlər üçün isə ödənişin özünün valyutası ilə ifadə olunan məbləğ əsasında hesablanır.

Ümumi qalıq məbləğinin bütün hesablar üzrə yekunları həmçinin valyuta növü üzrə paylaşdırılacaq və hər ayrıca valyuta üçün ayrıca yekun olaraq göstəriləcək.

Kontragentlərlə hesablaşmalar üzrə borclar, öz hüquqi şəxsləri arasındakı borclar və sənədlər üzrə detallaşdırma həmçinin valyuta kəsiyində hesablanır.

Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu

İdarəetmə uçotu və büdcənin hazırlanması

Büdcəni necə tərtib etmək lazımdır?

MMM – Maliyyə məsuliyyəti mərkəzi

Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi

Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu

Mercury ERP. Ticarətin avtomatlaşdırılması