Mercury ERP

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN                 MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

 

Siz buradasınız: İdarəetmə uçotu     Pərakəndə ticarətdə uçot         X və Z hesabatlar. Kassirin işinə nəzarət.

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

KASSA  PROQRAMI İLƏ  İŞ ÜZRƏ  ƏTRAFLI TƏLİMATI BURADA OXUMAQ OLAR!

Kassir malı kassada  vurur və ödənişi qəbul edir. Növbənin  sonunda  o, pulu seyfə qoymalıdır. Amma  nə qədər? Pul vəsaitlərinin uçotunun düzgün aparılması üçün bir anlayış var – kassa intizamı anlayışı.

Kassirə nəzarət  etməyin iki üsulu  var:

Birinci üsul çox sadədir, lakin ciddi bir məhdudiyyət var – mağaza gecə işləmir. Yəni, mağazanın açılması və bağlanması, habelə kassirin iş günü bir günə  təsadüf edir. Bu zaman  mağazada kassa aparatından istifadə etmək məcburi deyil.

Bu halda qəbzləri kassalardan yükləyir və gün ərzindəki  qəbzlərin miqdarını müqayisə edib əldə olunan gəlirlə tutuşdururuq. Bunun üçün  xərclər  jurnalında alıcının “Fiziki şəxs” olduğu  müvafiq gün üçün  qaimələri seçib  Alt + F6 düymələri birləşməsindən istifadə etməklə  kassa vasitəsi ilə satılan malların miqdarına baxırıq.

Mağaza 24 saat işləyirsə,  kassirlər də  bir-birini deyək ki, səhər saat 8-də  əvəz edirsə, bu üsul işləməyəcəkdir. Xoşbəxtlikdən, mühasiblər illər əvvəl ikinci üsulu tapıblar. Qısa  şəkildə onu  “kassa  növbələri  metodu” kimi təsvir etmək olar. Mağazanızda fiskal  qeydiyyatçısı və ya bir kassa aparatı quraşdırılmışdırsa, bu  metoddan siz qanuna uyğun olaraq istifadə etməlisiniz.  Xoşbəxtlikdən o, kifayət qədər sadədir, yaxşı düşünülmüşdür və heç bir çətinlik yaratmayacaqdır. Mercury POS nəinki  fiskal  qeydiyyatçısı, hətta qəbz printeri  də   olmadıqda belə bu metoddan istifadə etməyə imkan verir.  Bu halda  zəruri hesabatlar çap olunmadan  ekranda göstərilir.  Aşağıda bu metodun  iş alqoritmi təqdim  olunmuşdur.

  1. Növbənin açılışı.
  2. Pulun ilkin qalığının (xırdanın)  kassaya  daxil edilməsi.
  3. Kassada  iş.
  4. Aralıq X-hesabatın çıxarılması.
  5. Növbənin  bağlanması
    1. X-hesabatın çıxarılması.
    2. Kassadan  ödəniş
    3. Z-hesabatın çıxarılması (Ödənmə ilə   sutkalıq hesabat).

Bu bəndlərin  Mercury POS kassa proqramında necə həyata keçirildiyinə nəzər salaq.  Təsvir edilən bütün funksiyalar “Hesabatlar” menyusunda Mağaza müdiri  üçün əlçatandır. Fiskal qeydiyyatçısı və ya qəbz printeri  varsa, hesabatlar çap ediləcək (fiskal qeydiyyatçısından  çıxarılan hesabatlar saxlanılmalı və onlara əsasən əməliyyatçı-kassir jurnalı doldurulmalıdır). Kassada  qəbz  printerləri olmadıqda hesabatlar sadəcə ekrana çıxarılacaq.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot

Təftişin keçirilməsi Qismən təftiş Alkoqolun satış qaydaları

Ət mağazasında uçot Ərzaq mağazasının avtomatlaşdırılması.

Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

İctimai iaşədə uçot

Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Həmçinin Mercury POS çıxarılan bütün Z-hesabatları yaddaşda  saxlayır  və məlumatları Mercury ERP-yə ötürür.

Kassada növbənin açılışı Mercury-də avtomatik olaraq,  növbədə  ilk qəbz vurulduqda,  baş verir.   Yaxşı  olar ki, yeni  kassir  işə başlamazdan və ilk satışını həyata keçirməzdən öncə   nağd pulun Mercury-nin göstəriciləri ilə üst-üstə düşdüyünə  əmin olsun. Bunu etmək üçün X-hesabatı çıxarmaq  və  kassadakı pulu hesablamaq lazımdır.

Pulun ilkin qalığının (xırdanın)  kassaya  daxil edilməsi. Bu əməliyyat, əvvəlki növbə kassirə xırda qoymadığı və ya X-hesabatı çıxarıldıqdan sonra nədənsə məbləğlər üst-üstə düşmədiyi təqdirdə Kassadan ödəniş əməliyyatı ilə birgə  həyata keçirilməlidir.

Aralıq X-hesabatın  çıxarılması  (Ödənmədən  hesabat). Adətən bu əməliyyat kassanı yoxlamaq istədikdə həyata keçirilir.  Məsələn, alıcı ilə əskinazın nominalı ilə bağlı  münaqişə yarandığı halda.

Növbənin bağlanması üç mərhələdən ibarətdir. Əvvəlcə kassir X-hesabatı çıxarır və kassanı  yenidən hesablayır.  Bundan sonra, lazım olduqda, kassada cüzi məbləğ saxlanılır,  yerdə qalan  məbləğ isə “Kassadan ödəniş” əməliyyatı aparılmaqla   çıxarılır. Və sonuncu bənd kimi  Z-hesabat çıxarılır  (Ödənmə ilə hesabat). Bu hesabatın çıxarılması  növbə ərzində  satış və geri qaytarma  registrlərini sıfırlaşdırır, eyni zamanda növbələr sayğacını bir vahid  artırır (Cari növbənin nömrəsi ekranın yuxarı sağ küncündə göstərilir). Bundan sonra kassa bağlanır və növbəti kassiri qəbul etməyə hazırdır.

Qəbzləri   yüklədikdən sonra Mercury ERP çıxarılan  Z-hesabatlar qədər   xərc qaimələrini yaradır. Kassalardan Z-hesabatlar yüklənirkən avtomatik olaraq mağazanın xəzinə hesabına pul  daxil olmaları  barədə sənəd yaradılır.   Beləliklə, kassir tərəfindən təhvil verilən pulu mal qalıqlarından   silinən məbləğlə müqayisə etmək asan   olacaq.

Təftişin keçirilməsi

Qismən təftiş

Alkoqol satışı qaydaları

Ət mağazasında uçot

Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri. Kassa proqramı

Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət. Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi.

VDAMS-da qalıqlar

Mercury ERP. Ticarətin avtomatlaşdırılması