Mercury ERP

Xammalın əvəz edilməsi

Xammalın əvəz edilməsi

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ      MƏZMUN     MÜƏLLİF HAQQINDA     MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu İctimai iaşədə uçot Xammalın əvəz edilməsi

Xammalın əvəz edilməsi

Gəlin ən sevdiyimiz Olivye salatı misalına nəzər yetirək. Onun tərkibində yaşıl noxud var. Misalımızda proporsiya əhəmiyyətli deyil. Məsələ ondadır ki, tədarükçülər bizə adi yaşıl noxud tədarük etmir. Onlar “Mikado noxudu 200 qr.”, “Oqorodnik noxudu 500 qr.” və hətta on litrlik çəlləklərdə olan noxudları tədarük edirlər. Xammal müxtəlif qiymətlərə, müxtəlif qablaşdırmada və müxtəlif keyfiyyətdə tədarük edilir.

Biz xammalı məhz tədarükçünün bizə yazdığı xammal növlərinə mədaxilə yazacağıq. Bu, çox qiymətli məlumatdır, o, bizə sonrakı iş üçün optimal xammalın seçilməsində yardım edəcək.

Lakin bizim TTX-də xammal kimi “Çəki ilə satılan yaşıl noxud” mövqeyi göstərilib. Necə etmək olar ki, mədaxilə bir xammal yazılsın, istehsala isə başqası silinsin, həm də tədarük olunmuş malın müxtəlif qablaşdırmasını nəzərə alaraq?

Yardımımıza Mercury ERP-dəki Əvəzetmələr /Arxetiplər adlı mexanizm gəlir.

Arxetip texniki-texnoloji xəritədə göstərilən xammaldır. O, maksimal dərəcədə simasızlaşdırılmalı və konkret hal üçün uyğun olan ölçü vahidlərinə gətirilməlidir. Bizim misalımız üçün arxetip “Çəki ilə satılan yaşıl noxuddur”. Ölçü vahidi kiloqramdır.

Əvəzetmələr tədarükçü tərəfindən tədarük olunan mövqelərdir. Onlar istənilən ada və ölçü vahidinə (bankalar, ədədlər, vedrə, kiloqram) malik ola bilər.

DİQQƏT!!! TTX-də əvəzedici malları xammal olaraq istifadə etməyin. Yalnız arxetip malları istifadə edin.

Əvəzetmələrlə arxetiplər arasındakı bağ “Əvəzetmələr” və “Arxetiplər” əlavələrində malın kartoçkasında təyin

edilir.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot

İctimai iaşədə texniki-texnoloji xəritə

Xammalın əvəz edilməsi

Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi

Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Arxetip xammalın məhdud olmayan sayda əvəzediciləri ola bilər. Lakin xammal əvəzedicisinin yalnız bir arxetipi ola bilər. Həmçinin, eyni malı eyni zamanda arxetip və əvəzedici kimi qeyd etmək qadağandır.

Siz bir malı digərinin əvəzedicisi kimi qeyd etmisinizsə, arxetip avtomatik veriləcək. Və əksinə. Xammala arxetip verildikdə, o, onun əvəzediciləri siyahısında avtomatik göstəriləcək.

“Əmsal” sahəsinə diqqət yetirin. Xammal əvəzedicisinin silinməsi zamanı zəruri arxetip xammalının miqdarı bu qiymətə bölünür. Yəni, bizə 1 kq “Çəki ilə satılan yaşıl noxudu” silmək lazımdırsa, 5 banka “Mikado” noxudu, yaxud 2 banka “Oqorodnik” noxudu silinəcək.

İstehsal aktının tətbiq edilməsi zamanı, qalıqlarda arxetip xammalı çatmırsa, onun üstünlüyünə əsasən avtomatik olaraq əvəzedici xammalın zəruri miqdarı silinəcək. Bizim misalda ilk öncə “Mikado” noxudu silinəcək, o qurtaranda isə “Oqorodnik” noxudu silinməyə başlayacaq.

Xammalın məcburən arxetipə gətirilməsi.

İş zamanı sizin qalıqlarda müxtəlif tədarükçülərdən müxtəlif qalıqlı (kəsrlə ifadə olunan qalıq da ola bilər) çoxlu sayda mövqeləriniz olacaq. Təftişdən (və ya tədarükçüyə sorğunun yaradılmasından) öncə bu çox da rahat olmur. Qalıqlarda yalnız arxetip malların olması daha rahat olardı. Mercury ERP-də anbar qalıqlarındakı bütün xammal əvəzedicilərini arxetipə keçirməyə imkan verən bir alət var.

Bu alət “Əvəzedicilərin idarə olunması” adlanır və “İstehsal” menyusunda yerləşir.

İşə salındığı zaman o, bizə anbardakı əvəzedici olan və arxetipə keçirilə bilən bütün xammalı göstərəcək.

Xammalı keçirmək üçün zəruri sətirləri “INS” klavişi ilə (və ya sətirlərin hamısını

“+” klavişi ilə) işarələmək və “Arxetipə gətir” düyməsinə basmaq kifayət edir. Nəticədə proqram istehsal aktını yaradacaq ki, bu akt əsasında mal əvəzediciləri silinəcək və arxetip mal mədaxilə yazılacaq. Bu əməliyyat zamanı qiymətlər hər bir xammal əvəzedicisi qalığına proporsional olaraq ortalama qiymətə gətirilir.

Nəticə olaraq, anbarın qalıqlarında yalnız arxetip mal qalacaq və siz sakitcə təftişinizi və ya tədarükçüyə sifarişi həyata keçirəcəksiniz.

Bundan sonra oxu:

İctimai iaşədə texniki-texnoloji xəritə Xammalın əvəz edilməsi

Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi

Mercury ERP. Ticarətin avtomatlaşdırılması