Mercury ERP

Yemək modifikatorları

Yemək modifikatorları

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu İctimai iaşədə uçot Yemək modifikatorları

Yemək modifikatorları

  1. ERP-də yemək modifikatorlarının tənzimlənməsi
  2. Yeməyin sifarişə əlavə edilməsi zamanı modifikatorların seçilməsi
  3. Modifikatorlu sifarişin redaktə edilməsi Yaddaşda saxla və bağla
  4. ERP-də modifikatorların qalıqlardan silinməsi
  1. ERP-DƏ YEMƏK MODİFİKATORLARININ TƏNZİMLƏNMƏSİ

Yemək modifikatoru yeməyə əlavə olunan maldır. Modifikatorun öz qiyməti var və o, öz TTX-nə malik ola bilər.

Yeməyə modifikator yaratmaq üçün, əvvəlcə Çeşiddə adi mal yaradırıq. Adını, ölçü vahidini daxil edirik, “Qiymətdə” işarəsini qoyuruq və mütləq “Modifikator” işarəsini aktiv edirik (bax. şək. 1).

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot

İctimai iaşədə texniki-texnoloji xəritə

Xammalın əvəz edilməsi

Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi

Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Şək. 1. Yemək modifikatoru üçün mal kartoçkasının doldurulması misalı

Modifikator mal olduğuna görə onun qiymət vərəqində təyin edilmiş qiyməti, habelə TTX-si (tələb olunarsa) olmalıdır.

Yemək modifikatorlarının tərkibinin tənzimlənməsi mal kartoçkasında yerinə yetirilir. Baza yeməyini redaktə üçün açırıq (bax. şək. 2):

Şək. 2 Yemək modifikatorlarının tərkibi

Modifikatorlar əlfəcinində “Modifikator əlavə et” və “Modifikatoru sil” düymələrinin vasitəsilə bütün zəruri modifikatorları siyahıya daxil edirik.

Yeməyin bir neçə modifikatoru ola bilər, onların hamısı qarşılıqlı tamamlanan olur.

Eyni modifikatoru bir neçə yeməyə qoşmaq olar. Məsələn, limon dilimi qara çaya, yaşıl çaya və s. əlavə edilə bilər.

  1. YEMƏYİN SİFARİŞƏ ƏLAVƏ EDİLMƏSİ ZAMANI MODİFİKARIN SEÇİLMƏSİ

Yeməyin sifarişə əlavə edilməsi zamanı yeməyin modifikatorları varsa, proqram yeməyə əlavə seçməyi təklif edəcək (bax. şək. 3):

Şək. 3. Yeməyə əlavənin seçilməsi

Lazım olan modifikatorları işarələyirik və OK vururuq. Modifikatorların əlavə edilməsi tələb olunmursa, sadəcə OK düyməsinə vururuq. Bu cür olan halda, yemək sifarişə əlavəsiz düşür.

Mövqe sifarişə əlavə edildi:

  1. MODİFİKATORLU SİFARİŞLƏRİN REDAKTƏ EDİLMƏSİ

Yeməyin redaktə edilməsi zamanı yemək öz modifikatoru ilə birlikdə bir bütöv təşkil edir – yəni, ayrılıqda yalnız modifikatoru silmək və ya əlavə etmək, yaxud yeməkdən asılı olmayaraq, hər hansı bir modifikatorun miqdarını dəyişmək olmaz.

Bütün əməliyyatlar bilavasitə əsas yeməklə yerinə yetirilir:

  1. Baza yeməyi silindiyi zaman onun modifikatorları da silinir
  2. Baza yeməyinin miqdarı azaldıldığı və ya çoxaldıldığı zaman onun modifikatorlarının miqdarı proporsional şəkildə dəyişir.

Qəbzin çap edilməsi zamanı modifikatorlar aşağıdakı şəkildə çıxarılır:

Mətbəxə sifarişdə modifikatorlar əsas yeməkdən sonra boşluq buraxmaqla göstərilir.

  1. ERP-DƏ MODİFİKATORLARIN SİLİNMƏSİ

Modifikator mal olduğuna görə, o, qəbzdə istənilən digər mövqeyə analoji olaraq, həmin modifikatorun TTX-si ilə silinəcək. Məsələn “Limon dilimi” üçün aşağıdakı TTX var:

Müvafiq olaraq, qəbz məxaricinə köçürmə zamanı qalıqlarda lazım olan miqdar olmasa, limon diliminin, “Limon” xammalından TTX-ə əsasən avtoistehsalı həyata keçiriləcək.

Qəbz

Qəbz üzrə xərc

Limon dilimi üzrə istehsal aktı

İctimai iaşədə texniki-texnoloji xəritə

Xammalın əvəz edilməsi

Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi

Mercury ERP. Ticarətin avtomatlaşdırılması