Mercury ERP

ERP sistemlərin tarixi

ERP sistemlərin tarixi. ERP sistemləri necə yaranıb?

Günümüzdə bizneslər bir-biri ilə şiddətli rəqabət apardığı bazarda sözün əsl mənasında sağ qalmağa çalışırlar. Bu rəqabət mühitində seçilməyin əsas yolu müştərilərin məmnuniyyətini təmin edərək, müştərilərin ümumi gözləntiləri olan məhsulun vaxtında çatdırılması, məhsulun keyfiyətinin yüksək olması və məhsulu daha uyğun bir qiymətə satın alması ilə sadiq müştəri portfelini qurmaqdan keçir. Bu mənada, müəssisələrdə tətbiq edilməli olan ən vacib üç amil: peşəkarlıq, istifadə olunan materiallar və düzgün istehsal planı ilə istifadə olunan materialların strukturlaşdırılmasıdır. Buna nail olmağın ən sürətli yolu, müəssisələrin aid olduğu sektora və həmin şirkətlərin miqyasına uyğun bir ERP Paketi istifadə etməkdir. ERP-nin yaranması da elə məhz bu ehtiyaclardan irəli gəlmişdir.

1960-cı ildə müəssisələrdə kompüterlərin geniş yayılması ilə ilk MRP (Material Requirements Planning) proqramı istifadə olunmağa başladı. Bu sistem əvvəlcə olduqca sadə idi. Belə ki, yalnız material və stokları əhatə edirdi. Ancaq inkişaf qaçınılmaz idi, bizneslərin daha çox həll və funksiyalara ehtiyacı var idi. Gözlənilən yeniliklər XIX əsrin ikinci yarısından etibarən  baş tutdu. MRP sistemi 1980-ci illərdə istehsal müəssisələrinin istehsalla əlaqəli bütün fəaliyyətlərini (satın alma, istehsal planlaması, keyfiyyətə nəzarət, mühasibat, inventar idarəsi və s.) əhatə etməyə başladı. Bu sistem inkişaf etdikcə MRP II (İstehsalat Resurslarının Planlaşdırılması) kimi tanınmağa başladı. 1990-cı illərdə bu sistemlər yalnız istehsal sektorunu deyil, həm də xidmət sektorlarını da əhatə etməyə başladı. İdarəetmə sisteminin əhatə etdiyi sektorların artımına uyğunlaşaraq, əməliyyat bölmələri də artdı (xidmət, texniki xidmət, insan resursları və s …). Bu geniş miqyaslı və daha əhatəli sistemlərə ERP (Enterprise Resource Planning) deyilirdi.

Beləliklə biznes və sahibkarlar üçün möcüzə həll gəldi. 

2000-ci illərin əvvəllərində mövcud ERP sistemlərinə işin və müştərilərin ehtiyaclarını ödəmək üçün daha əhatəli konsepsiyalar əlavə edildi. Bunlar CRM (Müştəri ilə əlaqə və idarəetmə), SCM (Təchizat Zənciri İdarəetmə) və Business Intelegence (İş zəkası) kimi anlayışlardı. Bu anlayışlarla daha da genişlənən ERP sistemlərinə ERP II adı verildi və yeni konsepsiyaya keçid başladı. Enterprise Resource Planning adlanan ERP proqramı, Azərbaycan dilində “Müəssisə resuslarının planlaşdırılması” mənasına gəlir. ERP sistemləri bir xidmət və ya istehsal şirkətinin bütün prosesləri inteqrasiya olunmuş və bir mərkəzdən idarə etməsinə imkan verən sistemlərdir. Biraz da aydın və ümumi bir izah versək , bunlar, müəssisənin bütün şöbələri arasında inteqrasiya edilmiş bir şəbəkə quraraq məlumat –  (Giriş / Çıxış) təmin edərək hərtərəfli müdaxilə edə bilən proqram paketləridir. Biznesləri ERP-dən istifadə etməyə məcbur edən əsas amil, onların böyüməsi, obyektlərinin çoxalması, müxtəlif rayonlarda, ölkələrdə fabriklərinin olması onları beynəlxalq standartlarda işləməyə və rəqiblərinə qarşı rəqabət üstünlüyü qazanmağa məcbur edir. Artıq Proqram təminatı ehtiyacı da bu nöqtədə meydana gəldi. Müəssisələri hədəflərinə çatması üçün “Müəssisə Resursları Planlaşdırma (ERP)” istifadəsi meydana gəldi. Bu möcüzəvi həll olan ERP, təşkilatın bölmələrini vahid bir verilənlər bazasında toplayan və bütün işçilərin məlumatları birlikdə paylaşmasına imkan verən bir kompüter sistemi, proqramlaşdırma məhsuludur.  

Submit your response

Your email address will not be published. Required fields are marked *